Accessibility links

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilir [Video]


M. Ə. Rəsulzadənin Amerikanın Səsində millətə müraciəti
please wait

No media source currently available

0:00 0:05:53 0:00

M. Ə. Rəsulzadənin Amerikanın Səsində millətə müraciəti

Məhəmməd Əmin Rəsulzadənin 1953-cü il mayın 28-də Amerikanın Səsi radiosu vasitəsi ilə xalqa müraciətini təqdim edirik

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkədə təntənə ilə qeyd edilir. Yubiley tədbirləri Azərbaycan xalqının yaşadığı bütün ərazilərdə, evlərdə, küçələrdə, meydanlarda, universitetlərdə, məktəblərdə, diplomatik nümayəndəliklərdə, bir sözlə ümumxalq səviyyəsində bayram şənlikləri ilə davam etdirilir.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaratdığı müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası idi. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri olub.

AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 2.8 milyondan çox idi.

Azərbaycan Xalq Cümhuriyyəti
Azərbaycan Xalq Cümhuriyyəti

Dövlət hakimiyyəti üç qoldan ibarət idi - Azərbaycan parlamenti, Hökumət, məhkəmə hakimiyyəti. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunurdu. İcra hakimiyyəti Hökumətə məxsus idi. Hökumət Parlament qarşısında cavabdeh idi.

AXC hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərib.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamenti, 7 dekabr 1918-ci il
Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamenti, 7 dekabr 1918-ci il

Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınıb. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaradıb, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlayıb.

AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirib.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də Rusiyanın hərbi müdaxiləsi nəticəsində süquta uğrayıb. Belə ki, Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edilib və yenidən Rusiyaya tabe etdirilib.

1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa edib.

Hazırki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal olunduqdan sonra da Azərbaycan xalqı öz azadlığı, müstəqilliyinin bərpası uğrunda mübarizəsini davam etdirib. Ölkənin bütün regionlarını əhatə etməklə yüzlərlə üsyan qeydə alınıb. Cümhuriyyət qurucuları, onların ailələri, o cümlədən on minlərlə azərbaycanlı Sovet rejimi tərəfindən güllələnib. Bir çox cümhuriyyət qurucuları ölkədən xaricə getməyə müvəffəq olub. Cümhuriyyətin rəhbərlərindən Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Amerikanın Səsi radiosu vasitəsi ilə Azərbaycan xalqına müraciət edib. Bu müraciətdə Azərbaycan xalqının öz cümhuriyyətini bərpa edəcəyi israrla bildirilir.

XS
SM
MD
LG