Accessibility links

Azərbaycanda Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilmə vəziyyəti - müxtəlif rəylər


Hüquqşünas, vəkil, jurnalist və siyasətçinin Amerikanın Səsinə müsahibəsi və rəsmi mövqe

Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç ədliyyə naziri Fikrət Məmmədovla və Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşündə Avropa Məhkəməsinin qərarlarının icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu barədə rəsmi məlumatlarda deyilir.

Avropa Məhkəməsində Azərbaycandan olan şikayətlər
Avropa Məhkəməsində Azərbaycandan olan şikayətlər

Rəsmi məlumatlarda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası vəziyyətinin detallarına toxunulmayıb.

Avropa Məhkəməsinin rəsmi saytındakı məlumata görə, Avropa Məhkəməsində gözləyən işlər üzrə Azərbaycan 2150 iş üzrə yeddinci yerdə qərarlaşıb.

Ekspertlər ölkədə Avropa Məhkəməsinin qərarlarının tam şəkildə yerinə yetirilmədiyi qənaətindədir. Ekspertlərin və barələrində Avropa Məhkəməsinin qərarları olan şəxslərin Amerikanın Səsinə müsahibələrini təqdim edirik:

İntiqam Əliyev: Hökumətimizin islahat nağıllarına çox da inanmayın

İntiqam Əliyev
İntiqam Əliyev

Hüquqşünas İntiqam Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrası sahəsində durum sabit, ağır olaraq qalır.

İntiqam Əliyev: Hökumətimizin islahat nağıllarına çox da inanmayın
please wait

No media source currently available

0:00 0:04:16 0:00

“Hökumətin bu qərarları icra etmədiyini əminliklə demək olar və Avropa Şurasının dəyərli komissarı çox haqlı olaraq və çəkinmədən (həm də Azərbaycanda son zaman baş verən dekorativ dəyişiklikləri məhkəmə-hüquq islahatları kimi bəh-bəhlə təqdim edən bəzi nüfuzlu əcnəbi diplomat, siyasətçi və qeyrilərindən fərqli olaraq) hökumət rəsmilərimizlə görüşlərində bunu qaldırır. Azərbaycan uzun illərdir ki, faktiki olaraq Strasburq Məhkəməsinin qurban kimi tanıdığı şəxslərə kompensasiya verməklə bu sahədə işini bitmiş sayırdı, həmin qərarlardan doğan digər öhdəliklərini – gələcəkdə bu cür pozuntuların baş verməsinin qarşısını alan qanunvericilikdə, onun tətbiqi praktikasında institusional dəyişikliklər həyata keçirmək istəmirdi. Hərçənd bu dəyişikliklərin görüntüsünü yaratmaq cəhdləri həmişə olub: prezidentin çoxsaylı fərman və sərəncamlarında, Ali Məhkəmənin plenum qərarlarında, bu sahəyə məsul rəsmi şəxslərin çıxışlarında AM-in qərarlarının implementasiyası məsələsi qaldırılıb, bu sahədə görülən işlər vurğulanıb”.

Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının əksəriyyəti Avropa Şurası Nazirlər Komitəsinin haqq-hesab kitabında icra olunmamış işlər sırasında illərlədir qalmaqdadır.
İntiqam Əliyev, hüquqşünas

Hüquqşünasın dediyinə görə, Azərbaycan hökuməti Avropa Şurası Nazirlər Komitəsinə konkret işlər üzrə qərarların (çox zaman onlar maddələr üzrə qruplaşdırılır) icrası ilə bağlı dinləmələrdə qərarların implementasiyası sahəsində gördüyü işlər barədə “palaz-palaz” sənədlər təqdim edir.

“Amma Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) bu mövzu ilə bağlı saytına göz gəzdirəndə aydın görmək olar ki, NK seçki, işgəncə, həbs, ədalətli məhkəmə, toplaşmaq, birləşmək, ifadə azadlığı, mülkiyyət hüququ və digər fundamental hüquq və azadlıqlarla bağlı AM-nin qərarlarının icrası sahəsində hökumətin gördüyü işləri yetərli saymır və həmin işləri bağlamır (NK qərarların icra olunduğu qənaətinə gəldiyi halda, onları “bağlayır”). Bu səbəbdən AM-in Azərbaycanla bağlı qərarlarının əksəriyyəti AŞ NK-nın haqq-hesab kitabında icra olunmamış işlər sırasında illərlədir qalmaqdadır.”

Avropa Məhkəməsində Azərbaycandan olan şikayətlər
Avropa Məhkəməsində Azərbaycandan olan şikayətlər

Avropa Məhkəmısinin İntiqam Əliyevin özü ilə də bağlı qərarları var.

“Konkret mənimlə bağlı qərarların icra durumuna gəldikdə: ərizəçi olduğum bir neçə iş var ki, AM həmin işlər üzrə qərarlarında (hələ ki, dörd belə qərar var və daha bir neçə iş kommunikasiyadadır) - azad seçki hüququ, birləşmək, vəkilliyə qəbul, qanunsuz və siyasi motivli həbs və cinayət təqibi, birləşmək, özəl həyat hüququ, peşə fəaliyyətinə qoyulan əsassız məhdudiyyətlər və digər hüquqlarımın pozuntusunu tanıyıb. Bu qərarların heç biri icra olunmayıb. Məsələn, Ənnağı Hacıbəyli və mənim Vəkillər Kollegiyasına qəbuldan imtinamızın Avropa Konvensiyasına zidd olması barədə AM-in qərarından 4 ilə yaxın vaxt keçib, amma bizi hələ də o quruma qəbul etmirlər və görünən odur ki, belə bir fikirləri heç yoxdur da. Mənimlə bağlı son qərarında isə AM birbaşa yazıb ki, hökumət peşə və ictimai olan fəaliyyətim sahəsində azı 2014-cü ilə qədər olan durumun bərpası ilə bağlı real addımlar atmalıdır. Hökumət digər qərarları kimi bu qərarı da icra etməkdən imtina edir. Bu günə qədər ofisim qanunsuz olaraq bağlı saxlanılır, prokurorluq həbs edildiyim vaxt qanunsuz olaraq müsadirə etdiyi sənədləri hələ də qaytarmaqdan imtina edir, ölkədən çıxışıma qadağa var, məhkəmə işlərinə çıxa bilmirəm (digər çoxsaylı həmkarlarım kimi), bank hesablarım bağlıdır, hökumət AM-də udduğum işlərin qonorarını ödəməkdən imtina edir və s. Digər dostlarımda da durum təxminən eynidir. Bir sözlə, hökumətimizin islahat-falan apardığı barədə nağıllarına çox da inanmayın. Dunya xanım inanmır (Aqramunt, Volonte və başqaları inanırdılar; o qədər çox ki, axırda AŞ-dan biabırçılıqla qovuldular), ona görə də, onu bizimkilər çox da sevmirlər,” hüquqşünas Amerikanın Səsinə müsahibəsində bildirib.

Əsabəli Mustafayev: 2016-cı ildən hökumət kompensasiyaların ödənilməsini siyasiləşdirib

Vəkil Əsabəli Mustafayev məhkəmə zalında
Vəkil Əsabəli Mustafayev məhkəmə zalında

Vəkil Əsabəli Mustafayevin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi işlərdən 139-u üzrə qərar qəbul edilib.

Vəkil Amerikanın Səsinə müsahibəsində bildirib ki, Avropa Məhkəməsinin qərarlarında ümumi tədbirlərin görülməsi və ərizəçinin hüquqlarının bərpası əks olunur.

Əsabəli Mustafayev: 2016-cı ildən hökumət kompensasiyaların ödənilməsini siyasiləşdirib
please wait

No media source currently available

0:00 0:04:29 0:00

“Ümumi tədbirlərdə gələcəkdə bu halların baş verməməsi üçün qanun normasının, məhkəmə praktikasının dəyişdirilməsi istiqamətində və sair tədbirlərin görülməsi nəzərdə tutulur. Azərbaycanda Avropa Məhkəməsinin qərarının bu hissələri ilə bağlı ümumiyyətlə heç bir tədbir görülmür. Mənim Avropa Məhkəməsində udduğum 139 iş üzrə bu sahədə heç bir tədbir görülməyib. Qərarların fərdi xarakterli hissəsi üzrə də (məsələn, mülkiyyət hüququnun bərpası, hansı ki, bu sahədə şikayətlər çox yayılıb və sair) heç bir iş görülməyib. Baxmayaraq ki, elə qərarlar var ki, artıq 10 ildir qəbul olunub.”

Vəkilin sözlərinə görə, Avropa Məhkəməsinin qərarları üzrə kompensasiyalar 2016-cı ilədək icra müddətində (üç ay ərzində) bütövlükdə ödənilib və burada problem olmayıb.

Avropa Məhkəməsində udduğum işlər üzrə 30-dək fəalın kompensasiyasi ümumiyyətlə ödənilməyib.
Əsabəli Mustafayev, vəkil

“2016-cı ildən başlayaraq hökumət kompensasiyaların ödənilməsini siyasiləşdirdi. Yəni siyasi xarakterli işlər üzrə həm mənəvi ziyana, həm də hüquqi xidmətə görə kompensasiyaların ödənişi dayandırıldı. İki ilə yaxın kompensasiyalar ödənilmədi. 2018-ci ildən isə hissə-hissə ödənilməyə başlanıb.”

Mustafayev bildirib ki, hazırda onun Avropa Məhkəməsində udduğu işlər üzrə 30-dək fəalın kompensasiyasi ümumiyyətlə ödənilməyib.

“İkinci, ödənilməyən kompensasiya hüquqi xidmətlə bağlıdır. Hökumət hüquqi xidmətə görə kompensasiyanı ya ümumiyyətlə ödəmir, ya da hissə-hissə uzun müddətə ödəyir. Hazırda hökumət hüquqi xidmətə görə mənə çatacaq təxminən 25 min avronu ödəməyib,” vəkil qeyd edib.

İlham Hüseyn: Kompensasiyanın ödənilməməsinin səbəbini siyasi faəliyyətimlə əlaqələndirirəm

İlham Hüseyn
İlham Hüseyn

İlham Hüseyn müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heytəinin üzvüdür. Avropa Məhkəməsi onun inzibati həbslə bağlı məhkəmə qərarından şikayətini 2017-ci ildə təmin edib. Qərara görə, Azərbaycan hökuməti müxlaifət fəalına 12 min avro kompensasiya ödəməlidir.

İlham Hüseyn: Kompensasiyanın ödənilməməsinin səbəbini siyasi faəliyyətimlə əlaqələndirirəm
please wait

No media source currently available

0:00 0:01:24 0:00

“Bu 12 min avronun 8500-ü hər ay min avro olmaqla ödənildi. Amma, artıq bir il yarımdır ki, ödəniş edilmir. Şikayət edirəm, deyirlər ödəniləcək. Amma, mənimlə eyni qrupda olan şəxslərin hamısına kompensasiya tam ödənilib. Mən kompensasiyanın ödənilməməsinin səbəbini siyasi faəliyyətimlə əlaqələndirirəm,” İlham Hüseyn Amerikanın Səsinə bildirib.

Təzəxan Mirələmli: İkinci kompensasiyadan cəmi 1000 avro ödənilib

Təzəxan Mirələmli
Təzəxan Mirələmli

Jurnalist Təzəxan Mirələmli Amerikanın Səsinə müsahibəsində Avropa İnsan Hüquqları Məhkəməsinin onunla bağlı qərarının Azərbaycan hökuməti tərəfindən tam yerinə yetirilmədiyini bildirib. Avropa Məhkəməsinin jurnalistlə bağlı 3 qərarı olub. Birinci qərar 2015-cildə olub və qərarın kompensasiya hissəsi tam ödənilib.

Təzəxan Mirələmli: İkinci kompensasiyadan cəmi 1000 avro ödənilib
please wait

No media source currently available

0:00 0:01:28 0:00

“Mənimlə bağlı 2016-cı ildə də Avropa Məhkəməsinin iki qərarı olub. 2016-cı ilin iyun ayında və 2016-cı ilin noyabr ayında Avropa Məhkəməsi mənə 12 min avro kompensasiya ödənilməsi barədə qərar qəbul edib. Qərarın kompensasiya hissəsi tam ödənilməyib. Yəni birinci qərarla bağlı kompensaiya tam ödənilib. İkinci qərarda nəzərdə tuitlan kompensasiyadan cəmi 1000 avro ödənilib,” jurnalist qeyd edib.

Sərdar Cəlaloğlu: Avropa Məhkəməsinin mənimlə bağlı 4 qərarı yerinə yetirilməyib

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi dörd qərar qəbul edib.

Sərdar Cəlaloğlu: Avropa Məhkəməsinin mənimlə bağlı 4 qərarı yerinə yetirilməyib
please wait

No media source currently available

0:00 0:02:01 0:00

“Məhkəmə işgəncələr, qeyri-qanuni həbs, iki halda isə deputat seçkiləri ilə bağlı mənim şikayətlərimi təmin edib. Avropa Məhkəməsinin işgəncələrlə bağlı qərarından sonra yerli məhkəmələrin bütün qərarları ləğv edildi. İlkin məhkəmə keçirildi və işlər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə göndərildi. Orada istintaqı yarımçıq saxladılar. Baxmayaraq ki, məhkəmədə mənə işgəncə verən adam dindirildi və məhkəmə işgəncə olması barədə qərara gəldi. Sadəcə işgəncə verənlərin dairəsini və məsuliyyətini müəyyən etmək üçün iş istintaq idarəsinə göndərildi və indiyədək orada qalıb. Qeyri-qanuni həbslə bağlı Ali Məhkəmənin Plenumu tərəfindən bütün əvvəlki məhkəmə qərarları ləğv olundu. Sonra iş Ağır Cinayətlərə dair Məhkəməyə göndərildi. Məhkəmə guya hökumətin təyin etdiyi vəkillər gəlmədiyindən işə baxılmasını qeyri-müəyyən vaxtadək təxirə salıb. Üç ildən artıqdır ki, qeyri-müəyyən vaxt tamam olmur. İşin baxışı məhkəmə insansiyasında dondurulub. Deputat seçkiləri ilə bağlı Avropa Məhkəməsinin iki qərarı isə hələ də baxılmamış saxlanılır. Bu qərarlara hətta Ali Məhkəmənin Plenumunda da baxılmayıb,” partiya sədri Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, kompensasiyalar ödənilib.

Ramiz Rzayev: Ali Məhkəmədə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilir

Ali Məhkəmənin sədri Ramiz Rzyaev və Avropa Şurası İnsan Haqları komissarı Dunya Miyatoviç
Ali Məhkəmənin sədri Ramiz Rzyaev və Avropa Şurası İnsan Haqları komissarı Dunya Miyatoviç

Azərbaycan rəsmiləri ölkənin Avropa hüquq məkanına qoşulmasını müsbət addım kimi xarakterizə edir. Hökumət rəsmiləri Azərbaycanın Avropa İnsan Hüquqları Konvernsiyasın atm əml etdiyini bildirir və tənqidləri qərəzli sayhır.

Azərbaycan Aali Məhkəməsinin sədri Ramiz Rzayev iyulun 10-da Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçlə görüşdə bildirib ki, ölkə Avropa Şurasına tam hüquqlu üzv olduqdan sonra qisa müddət ərzində bir çox konvensiyalara, o cümlədən “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” konvensiyaya qoşulub.

“Azərbaycanın Avropaya inteqrasiya olunduğu bir zamanda bu məsələ xüsusi aktuallıq kəsb etdiyindən Ali Məhkəmədə işlərə baxılarkən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edilir,” Rzayev qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG