Accessibility links

Baş Prokurorluq Azad Fikir Universiteti barədə


Azad Fikir Universiteti
Azad Fikir Universiteti

Müstəqil ekspertlər AFU-nu yoxlamaya əsas verən məhkəmə qərarının qanuni olmasına şübhə edir

Kütləvi informasiya vasitələrində Baş Prokurorluq tərəfindən Azad Fikir Universitetinin fəaliyyətinin guya dayandırılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, “Nida” gənclər təşkilatının üzvləri barəsində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə həmin təşkilatın fəaliyyətində qanunsuzluqların aşkar edilməsi, eyni zamanda həmin qurumun və “Ol” təşkilatının təsisçilərinin eyni şəxslər olması aşkar edilib.

İstintaqla həmçinin müəyyən edilib ki, “Ol” təşkilatı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq dövlət qeydiyyatından keçməyib, fəaliyyəti ilə əlaqədar müvafiq dövlət qurumlarına lazımi hesabatlar təqdim etməyib və fəaliyyət göstərdiyi müddət ərzində xarici ölkə təşkilatlarından qanunsuz vəsaitlər alıb.

Azad Fikir Universiteti
Azad Fikir Universiteti
​Həmin təşkilatın fəaliyyətinin qanuniliyi, xarici təşkilatlarından aldıqları külli miqdarda vəsaitlərin hansı məqsədlərə xərclənməsinin və digər xüsusatların araşdırılması üçün Baş Prokurorluğun əməkdaşları tərəfindən müvafiq məhkəmə qərarları əsasında qurumun yerləşdiyi Bakı şəhəri, S.Vurğun küçəsi 34 ünvanında sahəsi 227 kvadrat metr olan 6 saylı mənzildən təşkilatın fəaliyyətinə dair materiallar və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər götürülərək vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin və sair daxilolmaların təyinatının qanuniliyinin məhkəmənin qərarı əsasında Maliyyə Nazirliyi tərəfindən yoxlanılması təşkil edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə informasiya veriləcək.

Müstəqil ekspertlər AFU-ya qarşı irəli sürülən ittihamları qəbul etmir.
Media Hüququ institutunun direktoru Rəşid Hacıllı “NİDA”çıların həbsilə bağlı AFU-da yoxlama apaırlmasını əsassız sayıb. Bu azad müzakirələr üçün meydan idi və orada başqa gənclər təşkilatlarının da üzvləri toplaşırdılar.

R.Hacılı bu məqsədlə yoxlamaya əsas verən məhkəmə qərarının qanuni olmasına belə şübhə etdiyini söyləyib. AFU-nun apellyaisya şikayəti etmək imkanına malik olması da qeyd edilib. Digər tərəfdənsə QHT hətta qeydiyyatdan belə keçməyibsə qanun onun fəaliyyət göstərməsini qadağan etmir.

Öz növbəsində “Ol” təşkilatının rəhbəri Adnan Hacızadə Turan agentliyinə deyib ki, hazırda AFU-nun təsisçiləri özü, Ruslan Əsəd və Vüqar Salmanlıdır.

“Digər təsisiçilər “NİDA” yaradılarkən həmin quruma getdilər və “OL” hər hansı aidiyyatları yoxdur”.

“OL” səslənən itttihamlarla bağlı bəyanat yayacağını bildirib.
XS
SM
MD
LG