Accessibility links

Azad Gənclik gənc siyasi liderlərin dərhal azad olunmalarını tələb edir


Azad Gənclik təşkilatı_logo
Azad Gənclik təşkilatı_logo

Bakı Şəhər İcra Hakimiyyətinin aksiyaya icazə verməməsi qanunun pozulması kimi qiymətləndirilir

“Azad Gənclik” müstəqil gənclər təşkilatı oktyabrın 20-də keçirilmiş aksiyada iştiraka görə rəsmi Bakının həbslərinə etiraz bəyanatı yayıb.

Turan agentliyinin məlumatına görə, sənəddə gənclərin aksiyada iştirak etmələrini sərbəst toplaşmaq hüquqlarını gerçəkləşdirmələri adlandırır. Bu addımın “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına uyğun olduğu qeyd edilir. Bakı Şəhər İcra Hakimiyyətinin aksiyaya icazə verməməsi qanunun pozulması kimi qiymətləndirilir.
Sənəddə polisin aksiyanın gedişinə müdaxiləsi, gənclərə və qadınlara xüsusi zorakılığı, gənc siyasi liderlərin, o cümlədən “Azad Gənclik” təşkilatının rəhbəri Ülvu Həsənlinin inzibati cəza almaları kəskin pislənilir.

Son olaraq müəlliflər “Azad Gənclik” təşkilatının sədri Ülvi Həsənlinin, eləcə də digər gənc liderlərin təcili azadlığa buraxılmasını tələb edir, dünya birliyini isə vətəndaşların hüquqlarına hörmət edilməməsini qınamağa çağırırlar.
XS
SM
MD
LG