Accessibility links

Donald Tramp iqtisadçını "Azadlıq medalı" ilə təltif edib


Donald Tramp iqtisadçını "Azadlıq medalı" ilə təltif edib
please wait

No media source currently available

0:00 0:02:12 0:00

ABŞ prezidenti Donald Tramp vergi kəsirlərinin sürətli iqtisadi inkişaf sayəsində gəlir gətidiyini söyləyən iqtisadçını Reyqanın dövrünə aid ölkənin ən yüksək mülki şərəf ordeninə layiq görüb. O, çərşənbə günü Ağ Evdə keçirilən tədbirdə Artur Lafferi prezidentin "Azadlıq Medalı" ilə təltif edib. Bu mübahisəli iqtisadçı respublikaçılar tərəfindən alqışlansa da, çoxları onun təbliğ etdiyi nəzəriyyəyə şübhə ilə yanaşır.

Tramp Ağ Evdə keçirilən tədbir zamanı etdiyi çıxışında ABŞ iqtisadiyyatının vəziyyətini tərifləyib və buna iqtisadçı Artur Lafferin təbliğ etdiyi və sabiq prezident Ronald Reyqanın tətbiq etdiyi iqtisadi siyasətin səbəb olduğunu deyib.

Bu gün Dr. Artur Lafferin dahiliyi və cəsarəti sayəsində ölkəmiz daha güclüdür, xalqımız daha firavandır, dünya isə daha yaxşı yerdir.
Donald Trump

“Bu gün Dr. Artur Lafferin dühası və cəsarəti sayəsində ölkəmiz daha güclü, xalqımız daha firavan, dünya isə daha yaxşı yerdir” , Tramp söyləyib.

Laffer “Laffer əyri xəttinə”, yəni, onun vergi faizləri ilə hökümətin əldə etdiyi gəlir arasındakı əlaqəni göstərmək üçün salfet üzərində çəkdiyi rəsmə görə tanınır.

“İncəsənət göstərdi ki, əgər vergi dərəcələri çox yüksəkdirsə insanlar pul xərcləməyi və sərmaye qoymağı dayandırır. Nəticədə artım və vergi gəlirləri azalır”, Donald Tramp söyləyib.

Laffer tərəfindən irəli sürülməyən bu nəzəriyyə respublikaçılar arasında çox populyardır, lakin ekspertlər deyir ki, bunu təsdiqləyəcək əsaslı araşdırma yoxdur. Tənqidçilər həmçinin ABŞ iqtisadiyyatının vergi dərəcələrinin 90 faiz olduğu bəzi dövrlərdə də artdığını vurğulayıb.

ABŞ-ın Mərkəzi Bankının Federal Ehtiyat Bürosu çərşənbə axşamı faiz dərəcələrinin ilin sonunadək dəyişməyəcəyini elan edib.

“Bu il hələ ki, iqtisadiyyat nisbətən yaxşı nəticələr göstərib, davamlı artım və yüksək məşğuliyyət müşahidə olunub. İnflyasiya bizim gözləntilərimizdən bir az aşağıdır, amma biz onun sabit artım və güclü əmək bazarı sayəsində artacağını gözləyirik” - deyə, Federal Ehtiyat Bürosunun sədri Cerom Pauel bildirib.

Cerom Pauel deyib ki, ABŞ iqtisadiyyatının güclü qalacağı gözlənilsə də, “ticarət sahəsindəki irəliləyişlər və qlobal artımla bağlı narahatlıqlar səbəbilə” vəziyyət dəyişə bilər.

Prezident Donald Tramp iqtisaçı Artur Laffer ilə əl sıxışır.
Prezident Donald Tramp iqtisaçı Artur Laffer ilə əl sıxışır.

“Biz riskləri bilirik və artımı qoruyub saxlamaq üçün addım atmağa və lazımı vasitələrdən istifadə etməyə hazırıq”, o deyib.

İqtisadçılar Mərkəzi Bankın bu il faiz dərəcələrini son on ildə ilk dəfə olaraq bir-iki dəfə azaldacağını proqnozlaşdırır. Federal fond dərəcələri istehlakçı və bizneslərin kredit faizlərinə təsir göstərir və bunun iqtisadiyyata da təsiri ola bilər.

XS
SM
MD
LG