Accessibility links

2017-ci ildə AzadlıqRadiosu üzərinə ‘amansız təzyiqlər’ edilib


Azad Avropa/AzadlıqRadiosunun dekabrın 20-də yaydığı mətbuat məlumatında deyilir ki, bu təşkilatın jurnalistləri 2017-ci il ərzində fəaliyyət göstərdikləri ölkələrin azı 12-də baş vermiş 38 insidentdə hədəfləniblər.

AzadlıqRadiosu bunu özünün jurnalist missiyası üzərinə “amansız təzyiq” adlandırıb.

Bu barədə AzadlıqRadiosunun prezidenti Tomas Kent deyib: “Biz istər hökumətlərin, istərsə də qeyri-dövlət fiqurlarının mediaya nəzarət etmək istədikləri məkanlarda yerli siyasətlər, sosial məsələlər, korrupsiya, müharibələr və ekstremist hərəkatlar barədə materiallar hazırlayırıq. Bizim müxbirlərimiz böyük riskə girirlər, çünki gördükləri işin və azad cəmiyyətlərə azad mətbuatın lazımlığına inanırlar”.

AzadlıqRadiosu ilə bağlı insidentlərin əvvəlki illərlə müqayisədə artması Jurnalistləri Müdafiə Komitəsinin (Committee to Protect Journalists - CPJ) son hesabatı ilə üst-üstə düşür.

CPJ-in hesabatında deyilir ki, 2017-ci ildə dünya üzrə rekord sayda jurnalistin məhbus edilməsi “qlobal mətbuat azadlığı böhranının göstəricisidir”.

Bizim müxbirlərimiz böyük riskə girirlər, çünki gördükləri işin və azad cəmiyyətlərə azad mətbuatın lazımlığına inanırlar.
Tomas Kent

AzadlıqRadiosunun müxbirləri Azərbaycan, İran, Rusiya, Özbəkistan, Qazaxıstan, Pakistan, Ukrayna, Türkmənistan və Qırğızıstan da daxil, CPJ-nin jurnalistlərin məhbus edilməsini sənədləşdirdiyi bir çox ölkələrdə işləyirlər.

Belə halların ən ciddilərindən biri də AzadlıqRadiosunun ştatdankənar müxbiri Mykola Semenanın 2 il yarım müddətinə şərti azadlıqdan məhrum edilməsidir. Ona qarşı Rusiyanın ilhaq etdiyi Krımda “separatçılıq” ittihamları irəli sürülüb.

Dekabrın 18-də yarımadanın ali məhkəməsi Semenanın məhkumluğunu və onun barəsində hökmüqüvvədə saxlamaqla, onun ictimai fəaliyyətinə qoyulmuş qadağanın müddətini 3 ildən iki ilədək azaldıb.

Blogger Stanislav Aseyev Ukraynada Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətində olan ərazidə faktiki olaraq ətraf mühitlə heç bir təmasına imkan verilmədən saxlanır.

Azad Avropa Radiosu/Azadlıq Radiosunun prezidenti Tomas Kent
Azad Avropa Radiosu/Azadlıq Radiosunun prezidenti Tomas Kent

Başqa bir ştatdankənar müxbir Saparmamed Nepeskuliyev Türkmənistanda üç illik həbsxana cəzası çəkir. AzadlıqRadiosunun Praqada yaşayan müxbirinin qardaşı Aziz Yusupov Özbəkistanda beş il müddətinə azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunun prezidenti Tomas Kent həmkarların və onların ailə üzvlərinin dərhal azadlığa buraxılmasına və fəaliyyətlərinin davam etdirilməsi üçün imkan yaradılmasına çağırıb.

Cənab Kent deyib ki, beynəlxalq insan haqları təşkilatları sözü gedən bütün hallarda jurnalistlərin məhkumluğunun siyasi motivli olduğu barədə nəticəyə gəlib.

Bu il ərzində sənədləşdirilımiş əksər insidentlər zamanı AzadlıqRadiosunun müxbirləri hakimiyyət tərəfindən saxlanmış və dindirilmiş, habelə onlara hüquq-mühafizə orqanlarının əməkdaşları və ya mülki geyimli xəfiyyələr tərəfindən xəbərdarlıqlar edilmişdir.

AzadlıqRadiosunun Ukraynada təhqiqatla məşğul olan müxbirləri bir neçə halda saxlanıb, onların avadanlığı müsadirə edilib və ya sındırılıb.

Pakistanda müxbirlər silahlı qruplaşmalar, cinayətkar dəstələr və hakimiyyətin təhlükəsizlik xidməti tərəfindən qaralanmış, hədələnmiş və oğurlanmışlar.

Belarusda, Rusiyanın Tatarıstan regionunda və Tacikistanda işləyən jurnalistlər qısnanıb və akkreditasiyaları ləğv olunub.

Current Time TV-nin və AzadlıqRadiosunun İran, Özbək, Türkmən, Azərbaycan və Rus xidmətlərində çalışan əməkdaşların ailə üzvləri hədələniblər.

2017-ci ildə internet hücumları da AzadlıqRadiosu jurnalistlərinin təhlükəsizliyinə hədə yaradıb.

Rusiyanın dekabrın 5-də AzadlıqRadiosunu və ona bağlı bir neçə xəbər xidmətlərini “xarici agent” elan etməsinin AzadlıqRadiosu jurnalistləri üçün mümkün nəticələri hələlik tam aydın deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG