Accessibility links

AzadlıqRadiosu Bakı bürosunun yenidən açılmasını tələb edir


Avqustun 3-də məhkəmə AzadlıqRadiosunun vergi iddiası ilə bağlı şikayətinə baxacaq

Avqustun 3-də Azərbaycan məhkəməsi AzadlıqRadiosunun ona qarşı irəli sürülmüş vergi iddialarından şikayətinə baxacaq. Bu barədə AzadlıqRadiosunun məlumatında deyilir.

Hakimiyyət 2014-cü ilin dekabrında məhz bu iddialara əsaslanaraq AzadlqRadiosunun Bakı bürosunu bağlayıb.

AzadlıqRadisounun prezidenti Thomas Kent
AzadlıqRadisounun prezidenti Thomas Kent

“İqtisad məhkəməsi bizə qarşı irəli sürülmüş iddiaların əsassızlığı barədə qərar çıxarmalı, prokuror ləngimədən Bakı bürosunun dondurulmuş bank hesablarının açılması, şirkətin 2014-cü ilin dekabrından müsadirə edilmiş möhür, ştamp və sənədlərinin qaytarılması, Bakı bürosu əməkdaşlarının şəxsi bank hesablarının açılması və bizim, Azərbaycan xalqına müstəqil xəbər və məlumatları çatdırmaq kimi jurnalist missiyamızı davam etdirməyimiz üçün müvafiq tədbirləri görməlidir”, AzadlıqRadisounun prezidenti Thomas Kent bildirib.

AzadlıqRadisounun məlumatında deyilir ki, bu ilin əvvəlində Azərbaycan Ali Məhkəməsi AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılovaya qarşı irəli sürülmüş iki ittihamı ləğv etməklə AzadlqıRadiosunun Bakı bürosuna qarşı iki iddiaya da xitam vermiş olub. Xədicə İsmayılova may ayında azadlığa buraxılıb.

AzadlıqRadiosuna qarşı qüvvədə qalan iki iddiadan biri ABŞ-ın qeyri-mənfəət təşkilatlarının vergidən azad edilməsini nəzərdə tutan ikitərəfli vergi müqaviləsinin Azərbaycan hökuməti tərəfindən yozumu ilə bağlıdır. İkinci iddia jurnalistlərin akkreditasiyası ilə bağlıdır ki, bu məsələyə də bu il iyulun 1-də baxılıb və AzadlıqRadiosunun heç bir qaydanı pozmadığı bəlli olub.

Azərbaycan hökumətinin 2014-cü ilin 26 dekabrında keçirdiyi reyddən sonra, 2015-ci ilin mayında AzadlıqRadiosu öz Bakı bürosunu bağlamağa məcbur edilib.

Həmin vaxt prokurorluğun müstəntiqləri şirkətin mülkiyyətini müsadirə etmiş, onların vəkillə təmsil olunmasına imkan vermədən 20-dək əməkdaşı dindirmiş, işçilərə səfər qadağası qoymuş, aydınlaşdırılmamış əsaslarla, verği təftişi adı ilə şirkətin və onun işçilərinin şəxsi bank hesablarının dondurulmasına göstəriş vermişdilər.

Bu reyddən cəmi bir neçə həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyevin administrasiyasının başçısı ölkənin rəsmi mediasında AzadlıqRadiosu jurnalistlərini casus və ölkənin milli təhlükəsizliyinə hədə adlandıran bəyanat vermişdi.

Bakı bürosunun bağlanmasına baxmayaraq, AzadlıqRadiosu peyk rabitəsi və internet vasitəsilə Azərbaycandakı auditoriyası ilə fəal təmasını davam etdirib.

2016-cı ilin ilk altı ayı ərzində AzadlıqRadiosunun internet saytına ayda 1,5 milyon giriş və YouTube kanalında 20 milyondan artıq baxış qeydə alınıb.

XS
SM
MD
LG