Accessibility links

“Azadlıq” qəzetinin nəşri dayandırıla bilər


Azadlıq qəzeti piket keçirib
Azadlıq qəzeti piket keçirib

“Azadlıq” qəzetinin redaksiyası yenidən “Azərbaycan” Nəşriyyatından xəbərdarlıq məktubu alıb. Məktubda bildirilir ki, əgər iyunun 27-dək borc ödənilməsə qəzetin nəşri dayandırılacaq. Bu barədə “Azadlıq” qəzetinin məlumatında deyilir.

İyunun 1-nə olan məlumata görə, redaksiyanın 18726 manat borcu, o cümlədən qəzetin çapına görə 17662 manat, kommunal xərclərə görə 1064 manat borcu toplanıb.

Qeyd edək ki, artıq bir neçə ildir ki, “Azadlıq” qəzeti “Qasid” dövlət mətbuat yayımı firmasından 70 min manatdan çox borcunu ala bilmədiyinə görə çətin maliyyə durumuna düşüb.

Redaksiya əmindir ki, hakimiyyət qəzeti iqtisadi baxımdan sıxışdırmaq üçün bunu qəsdən edir.

XS
SM
MD
LG