Accessibility links

Krasnodarda AzadlıqRadiosunun iki jurnalisti hücuma məruz qalıb


Andrey Kostyanov (sağda) və Sergey Xazov-Kassiya
Andrey Kostyanov (sağda) və Sergey Xazov-Kassiya

AzadlıqRadiosunun iki jurnalisti Rusiyanın cənubunda Krasnodar vilayətində hücuma məruz qalaraq döyülüb.

Martın 28-də AzadlıqRadiosunun Rus xidmətinin müxbirləri Sergey Xazov-Kassiya və Andrey Kostyanov Krasnodar vilyətinin Kropotkin şəhərində mehmanxanadan çıxan zaman hücuma məruz qalıblar. Onlar fermerlərin planlaşdırılmış etiraz aksiyasını işıqlandırmaq üçün oraya ezamiyyə olunmuşdular.

AzadlıqRadiosunun prezidenti Tomas Kent hücumu "qəbuledilməz" adlandırıb və əsas diqqət yerli polisin hərəkətlərinə verilməklə əhatəli təhqiqat aparılmasına çağırıraq, jurnalistlərə qarşı cinayətlərin "cəzasız qalmamalı olduğunu" deyib.

Jurnalistlər təxminən 10 nəfər tərəfindən hücuma məruz qaldıqlarını bildiriblər. Hücumçular bibər qazından istifadə edərək, jurnalistləri yerə yıxıb və onları vurmağa başlayıb. Onlar jurnalistlərə məxsus əşyalar və avandanlığı götürüb hadisə yerindən qaçıblar. Sonradan bəzi əşyalar jurnalistlərlə qaytarılıb.

Kostyanov onurğa sümüyü sınığı ilə xəstəxanaya aparılıb. Xazov-Kassiya polisin hücumdan əvvəl iki dəfə onları ziyarət etdiyini bildirib.

"Onlar əvvəlcə kimin hoteldə qaldığını öyrənmək üçün martın 27-də gəlmişdilər, sonra isə bu gün səhər, biz oradan çıxlb hücuma məruz qaldığımızdan təxminən bir saat əvvəl gəldilər"-deyə o bildirib.

Polis jurnalistlərə hotelin ətrafındakı izləmə kameralarında görüntüləri əldə etməyin mümkün olmadığını deyib.

Xazov-Kassiya polisə hücumçuların istifadə etdiyi mini avtobusun nömrəsini verdiyini bildirib. Lakin mini avtobus tapılmayıb. İnsidenti Facebook səhifəsində təsvir edən jurnalist yazıb ki, polis onun Azadlıq Radiosunun müxbiri olduğunu biləndə "ona kömək etmək istəyini itirdiyini" deyib.

Krasnodar vilayətinin polis şöbəsi AzadlıqRadiosunun müxbirlərinin hücuma məruz qalmasını təhqiq etdiyini bildirib.

Jurnalistlər hücumdan sonra polislə bərabər hotelə qayıtdıqda kompyuter və kamera daxil olmaqla, bəzi əşyaların geri qaytarıldığını görüblər. Lakin özəl əşyalarla dolu çanta hələ də aşkar edilməyib.

Jurnalistlər Krasnodar vilayətində martın 28-də "Traktor yürüşü"nü işıqlandırmalı idilər. Aksiya baş tutmayıb. Kropotkin şəhərinə yollanan bir neçə fermer və traktoru Tixoretsk şəhərində saxlanılıb.

XS
SM
MD
LG