Accessibility links

Azərbaycanda uşaqların övladlığa götürülməsi artıb


2017-ci ildə 877 uşaq övladlığa götürülüb

2017-ci ildə Azərbaycanda uşaqların övladlığa götürülməsi artıb.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, ötən il Azərbaycanda 877 uşaq övladlığa götürülüb. Bu göstəricinin 2016-cı illə müqayisədə 13.5 faiz çox olduğu bildirilir.

Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayında 15.9 faiz artım olub. Qızların sayındakı artım isə 10.8 faiz təşkil edib. Ötən il ümumilikdə 466 oğlan, 411 nəfər qız övladlığa qəbul edilib.

Övladlığa götürülənlər 1-17 yaş arasında uşaq və yeniyetmələrdir. Onlardan 420 nəfər 3 yaşa qədər olan uşaqlardır.

2017-ci ildə Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 28 uşağı övladlığa götürüblər. Onlardan 12-si qız olub.

Ötən il övladlığa götürülmənin ləğv edilməsi haqda məhkəmə qərarların sayı isə azalıb. Belə məhkəmə qərarları 7.9 faiz azalıb. İl ərzində 58 övladlığa verilmə qərarı ləğv edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG