Accessibility links

Fələstinlini öldürən İsrail əsgərinin apellyasiya müraciəti rədd edilib


İsrail hərbi məhkəməsi bir fələstinlini öldürdüyünə görə 18 ay həbsə məhkum edilmiş əsgərin apellyasiya müraciətini rədd edib.

Elor Azaria bir il əvvəl yaralı fələstinli hücumçunu güllələyib öldürməkdə təqsirləndirilərək yanvar ayında məhkum olunub.

Mobil telefonla çəkilmiş video görüntüdə Azarianın yaralı fələstinlini nişan alaraq onu başından güllələdiyi göstərilir. Əsgər yaralı fələstinlinin üzərində bomba olduğundan ehtiyat etdiyini iddia edib. Lakin komandirləri bu iddia ilə bağlı sual qaldırıb və Azaria ordunun mənəvi davranış kodunu pozmaqda təqsirləndirilərək məhkəmə qarşısına çıxarılıb.

“Bugünkü məhkəmə işi İsrail ordusunun dəyərlərini və onun bütövlüyünü, əsasən də silahdan mənəvi qaydalara uyğun istifadəni əhatə edir. Əhəmiyyətli dəlillər, hüquqi və mənəvi məqamlara nəzər salınıb.” deyə prokuror Nadav Vaisman bildirib.

Azaria tərəfindən güllələnərək öldürülən fələstinli Hebron şəhərində İsrail əsgərlərini hədəf alan başqa bir fələstinli ilə bıçaqla zorakı hücumlar törədib. Digər hücumçu da əsgərlər tərəfindən güllələnərək öldürülüb.

Baş vermis hadisə ölkədə fikir ayrılıqları ilə nəticələnib və ictimayyətin böyük hissəsinin İsrailin rəğbət və hörmət göstərilən ordusuna qarşı çıxmasına səbəb olub. Başqaları isə orduda xidmət göstərən gənc İsrail əsgərinin adi bir cinayətkar kimi məhkəmə qarşısına çıxarılmasını böyük təəccüb doğuran bir hadisə kimi qarşılayıb.

Baş Nazir Beyamin Netanyahu bazar günü Tviterdə Azarianın əfv edilməsi üçün müraciət edəcəyini bildirib.

XS
SM
MD
LG