Accessibility links

Azərbaycan və BMT çərçivə sazişi imzalayıb


Qulam İsakzai və Şahin Mustafayev
Qulam İsakzai və Şahin Mustafayev

İyulun 12-də BMT-nin Azərbaycan ofisinin rəhbəri Qulam İsakzai və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev 2016-2020-ci illərdə əməkdaşlıq haqqında çərçivə sazişini imzalayıb.

“BMT Azərbaycanda islahatların keçirilməsinə yardım edə bilər”, - Q.İsakzai imzalanma mərasimində bildirib.

Hökumət islahatları həyata keçirir və iqtisadiyyatın diversifikasiyası üzrə strategiya hazırlayır. BMT buna öz töhfəsini verməyə hazırdır.

“Bizim töhfəmiz siyasi məsləhətləşmələri və təcrübəni əhatə edir. Biz kənd təsərrüfatı, səhiyyə və digər sahələrin inkişafına yardım göstərə bilərik”, İsakzai bildirib.

Öz növbəsində, Ş.Mustafayev qeyd edib ki, yeni saziş üç istiqaməti əhatə edir: iqtisadi inkişafın təşviqi və diversifikasiyası; ictimai və sosial xidmətlərin artırılması və effektivliyi; ətraf mühitin idarə olunmasının modernləşdirilməsi.

Çərçivə sazişində elektron xidmətlərin genişləndirilməsinə, sənaye zonaları və məhəllələrinin yaradılmasına, gənclərin rolunun artırılmasına xüsusi yer ayrılıb.

XS
SM
MD
LG