Accessibility links

Azər Qasımov: ABŞ-ın Azərbaycanda seçkilərlə bağlı bəyanatı qərəzli və qeyri-obyektivdir [Audio-Müsahibə]


Azər Qasımov
Azər Qasımov

Azərbaycan prezidentinin mətbuat katibinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov Amerikanın Səsinə müsahibəsində ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatına münasibət bildirib.

please wait

No media source currently available

0:00 0:01:51 0:00
Direct link

Sual: Amerika Dövlət Departamentinin Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanatına münasibətiniz necədir?

Qərəzli və qeyri-obyektiv bir sənəddir.
Cavab: Birmənalı şəkildə onu deyə bilərəm ki, qərəzli və qeyri-obyektiv bir sənəddir. Fikirlərimi ona əsasən deyirəm ki, bu sənəd əfsuslar olsun ki, yalnız ATƏT-in müşahidəçilər qrupunun rəyinə əsasən hazırlanıb.

Azərbaycanda seçkiləri müşahidə edən Avropa parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, MDB müşahidəçilər missiyası və bir sıra digər təşkilatlar və ölkələrin rəyləri burada nəzərə alınmayıb.

Hətta, ABŞ-ın xeyli sayda senator və konqresləri də seçkilərin tam şəffaf keçirilməsi ilə bağlı öz fikirlərini söyləyiblər. Bütün bu rəylər nəzərə alınmadan hansısa bir qurumun və o qurumun ki, sənədləri məşvərətçi xarakter daşıyır, o qurum ancaq məsləhət, tövsiyə xarakterli təşkilatdır, ona əsaslanıb.

Amerikanın özünün seçki sistemində arxaik, mənən köhnəlmiş prosedurlar olduğunu görürük.
Onu da deyim ki, ABŞ-da keçirilən prezident seçkilərinə, ABŞ-da ümumiyyətlə seçki sisteminə nəzər salsaq, elə ABŞ Dövlət Departamentinin özü ki, ATƏT-ə istinad edib, ATƏT-in missiyasına istinad edib. Əgər ATƏT-in missiyasına biz də istinad etsək ABŞ-ın özündə prezident seçkilərində, ümumiyyətlə seçki sistemində çox ciddi problemlərin mövcud olduğunu görərik.

Bunun üçün ATƏT-in missiyalarının Amerikada seçkilərlə bağlı hazırladığı sənədləri görsək Amerikanın özünün seçki sistemində arxaik, mənən köhnəlmiş prosedurlar olduğunu görürük. Orada səsvermə sistemində hansı ciddi problemlərin olduğunu biz aydın görə bilərik.

Amma bu sənədin Azərbaycan ictimai rəyində çox kəskin mənfi reaksiya doğuracağını vurğulamaq istəyirəm.
Sual: Bu sənəd ikitərəfli münasibətlərə yenilik gətirə bilərmi?

Cavab: Mən yenilik deməzdim. Amma bu sənədin Azərbaycan ictimai rəyində çox kəskin mənfi reaksiya doğuracağını vurğulamaq istəyirəm.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG