Accessibility links

Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb


MSK sədri Məzahir Pənahovun mətbuat konfransı
MSK sədri Məzahir Pənahovun mətbuat konfransı

MSK-nin ilkin nəticələrinə görə İlham Əliyev 84,73 faizlə qələbə qazanıb

Prezident seçkiləri yüksək səviyyədə keçib. Seçicilərin çox böyük fəallığı müşahidə edilib. Seçicilərin 72,31 faizi səsvermədə iştirak edib.

Mərkəzi Seşki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, İlham Əliyev növbəti beş il müddətinə Azərbaycan prezidenti seçilib.

Onun sözlərinə görə, 5492 məntəqədən 4183 seçki məntəqəsindən daxil olan protokollara əsasən ilkin nəticələrə görə seçkilərdə haırkı president İlham Əliyev qələbə qazanıb.

Seçkilərin ilkin nəticələri belədir:

İlham Əliyev - 84,73 faiz

Cəmil Həsənli - 5,28 faiz

İqbal Ağazadə - 2,31 faiz

Qüdrət Həsənquliyev - 2,1 faiz

Zahid Oruc - 1,49 faiz

İlyas İsmayılov - 1,11 faiz

Araz Əlizadə - 0,88 faiz

Fərəc Quliyev - 0,87 faiz

Hafiz Hacıyev - 0,66 faiz

Sərdar Məmmədov - 0,63 faiz.
XS
SM
MD
LG