Accessibility links

Azərbaycan iqtisadiyyatı azalmaqda davam edir


İqtisadi durum
İqtisadi durum

2016-cı ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 7 mlrd. 888,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2% az ümumi daxili məhsul istehsal edilib.

APA agentliyi Dövlət Statistika Komitəsinə istinadən bildirir ki,azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının azalması olub. Əlavə dəyərin 38,1%-i sənayedə, 13%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i tikinti, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i informasiya və rabitə, 13,6%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 822,3 manata bərabər olub.

XS
SM
MD
LG