Accessibility links

Azərbaycan iqtisadiyyatının inkişafı nələrdən asılıdır?


DSK yanvar-iyul aylarında Azərbaycanda 47 262,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox (ÜDM) istehsal olunub. Məlumatda vurğulanır ki, eyni zamanda, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artıb.

Dövlət Statistika Komitəsi (DSK) bu ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı barədə məlumat yayıb.

Bildirilib ki, göstərilən dövrdə Azərbaycanda 47 262,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox ÜDM) istehsal olunub. Eyni zamanda, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artıb.

Deputat Vüqar Bayramov DSK-nın məlumatını şərh edərkən bildirib ki, bu ilin fevralından etibarən sərt karantin rejimin yumşaldılması ölkədə iqtisadi inkişaf tempinə təsir göstərib. Deputatın fikrincə 2020-ci ilin tədbirləri göstərdi ki, pandemiya başladıqdan sonra inkişafa ən çox təsir göstərən amil sərt karantin tədbirlərinin tətbiq edilib-edilməməsidir :

“ Sərt karantin tədbirlərinin tətbiq olunmaması,... ”

“ Xüsusən iyundan etibarən iqtisadiyyatda daha geniş tədbirlər həyata keçirildi, bu da real sektorda həm istehsal, həm də xidmətə birbaşa təsir göstərdi. Bu baxımdan birinci yarım ildə və 7 aylıq yekunlarda iqtisadi artımın olacağı gözlənilən idi. Çünki praktik olaraq sərt karantin tədbirlərinin tətbiq olunmaması, yumşalmaya gedilməsi, eyni zamanda, neftin dünya bazar qiymətinin məqbul səviyyədə olması Azərbaycan iqtisadiyyatının inkişafı üçün praktik olaraq zəmin yaratdı”.

Vüqar Bayramov deyib ki, sərt karantin rejiminin tətbiq edilməməsi fonunda iyundan real sektorun yenidən canlanması müşahidə olundu:

“Bu da iqtisadi inkişafa təsir göstərən amillərdəndir. Ona görə 2.7 faiz iqtisadi artımın olması gözlənilən idi”. O, növbəti dövrdə iqtisadi artım tempinin yenə də pandemiyanın təsirlərindən asılı olacağını hesab edir. İqtisadçı vurğulayır ki, əgər sərt karantin rejiminə gedilmədən iqtisadiyyatdakı açılım qorunub saxlanılacaqsa, o zaman ilin sonuna qədər Azərbaycan iqtisadiyyatının təxminən 3.5 faiz böyüyəcəyi proqnozlaşdıırlır :

“Əgər epidomoloji vəziyyət... ”

“Amma təbii ki, bu gözləntinin reallaşması birbaşa sərt karantin tədbirlərinin edilib-edilməməsindəna asılı olacaq. O baxımdan növbəti payız aylarında birmənalı sərt karantin tədbirlərinin tətbiq olunub-olunmaması iqtisadi inkişaf, həm də real sektorun inkişafı baxımından əsas faktorlardan biri olacaq. Əgər epidomoloji vəziyyət sərt karantin tədbirlərinin tətbiq olunmamasına imkan verırsə, növbəti aylarda Azərbaycanda iqtisadi artım tempini qoruyub saxlayacaq”. “Dünya iqtisadiyyatının “donunun” əriməsi... ”

İqtisadçı Məmməd Talıblı isə Azadlıq Radiosuna açıqlmasında “Azərbaycan iqtisadiyyatındakı nisbi artım təkcə bizə aid deyil” söyləyərək əlavə edib ki, dünya iqtisadiyyatının “donunun” əriməsi iqtisadi açılımlar üçün müəyyən fürsətlər yaradıb:

“Məsələn “Fitch” beynəlxalq reyting agentliyinin proqnozlarına görə, Türkiyənin iqtisadi artımı ilin sonuna 7,9% olacaq. "Fitch"ə görə, Azərbaycanda qeyri-neft ÜDM-nin bərpası 2021-ci ilin ikinci yarısından iqtisadi aktivliyə daha güclü dəstək olacaq. Qlobal səviyyədə iqtisadiyyatların “buzlarının əriməsi” labüd bir proses kimi görünür. Çünki tənəzəllüdən sonra mütləq bir tərəqqi mərhələsi başlayır”.

Ancaq Məmməd Talıblı yarımillik hesabatlara istinadən deyib ki, ölkə iqtisadiyyatında nisbi artımın özü də kövrəkdir:

“Neft sektorundakı azalmanın əsas səbəbi neft qiymətləri olmayıb, hasilatın azalması olub. Neft hasilatı 43,5 milyon tondan 37,8 milyon tona düşüb. Neft qiymətləri isə dünyada olduqca bizim üçün əlverişli bir nöqtədə qərar tutub. Bildiyiniz kimi təkcə yaxın aylarda neft ortalama qiymət nisbəti 65-70 dollar arasında dəyişib”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda ortalama Ümümi Daxili Məhsulun artımı olmayacaq:

“ “Lotoreya” uduşundan varlanırıqsa,... ”

“Çünki ÜDM-nin strukturunda demonant komponent hələ də neft-qaz sektorudur. Onun həcm baxımdan artımı baş vermir, amma enerji sektorundakı hasilatın azalması fonunda ÜDM-nin strukturunda qeyri-neft sektorunun payı artır. Dünya bazarındakı neft qiymətləri bizim xeyrimizə dəyişdiyindən hasilatın azalması nisbi də olsa kompensasiya olunur. Əgər bizim iradəmizdən asılı olmayan “lotoreya” uduşundan varlanırıqsa, bu bizim bacarığımızla bağlı deyildir. Ona görə biz qeyri-neft sektorunda investisiyaların cəlbi prosesində radikal addımlar atmalıyıq. ”

İqtisadçının fikrincə, pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ən böyük zərbə investisiyaların dəfələrlə azalmasındadır :

“Xüsusuilə xarici investisiyaların ölkə iqtisadiyyatına axınında yaranmış tıxac hökumətin islahat aparmalı ən zəif həlqələrindən biri və bəlkə də birincisidir. ÜDM-ni formalaşdıran komponentlərdən əsası da investisiyaların həcmi ilə bağlıdır. İqtisadiyyata investisiyaların axını zəifləyərsə, onda nəticədə ÜDM kiçilməyə doğru gedəcək. İndiyə qədər bunu transmilli neft korporasiyalarının sərmayələri örtürdü. ” İqtisadçı hesab edir ki, xarici şirkətlərin investisiyaları neft sektoruna gəlməklə iqtisadi hərarətlənməni təmin edə bilirdi:

“Neft hasilatı da azalır, qaz hasilatı isə neft gəlirlərini heç zaman əvəz edə bilməyəcək. Belə situasiyada resurs çatışmazlığını hökumət necə təsəvvür edir? Vəziyyəti necə önləmək istəyir? Gərək, hökumət sözlərlə yox, realistik baxış və hədəflərlə bu problemin diaqnostikasın versin”.

Ötən il Azərbaycanda ÜDM 4,3 faiz azalmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG