Accessibility links

Azərbaycan və Türkiyə regional təhlükəsizlik məsələlərini müzakirə edib


Ceyhun Bayramov and Mövlud Çavuşoğlu

Bu gün, martın 5-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.

Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşdirilməsi və regional təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub.

Görüşlərdən sonra xarici işlər nazirlərinin birgə mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, müttəfiqlik münasibətləri hər zaman sıx olub.

Mevlüt Çavuşoğlu anb Ceyhun Bayramov
Mevlüt Çavuşoğlu anb Ceyhun Bayramov

Onun dediyinə görə, postmüharibə dövründə regionun təhlükəsizliyi üçün mühüm sənəd olan Şuşa Bəyannaməsi imzalanıb.

“Ermənistanla Azərbaycan arasında nəqliyyat və kommunikasiyaların açılmasını müzakirə etdik. Eyni zamanda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində də fikir mübadiləsi apardıq”.

Bayramovun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi artmaqda davam edir.

“Azərbaycanın Türkiyədəki invesitsiyalarının həcmi 9,3 milyard dollara çatıb.”

Ukraynanın müraciətinə əsasən, 24 saat ərzində Azərbaycan 5 milyon 500 min avro məbləğində humanitar yardım olan dərman vasitələrini Polşa üzərindən Ukraynaya çatdırıb.
Ceyhun Bayramov, xarici işlər naziri

Azərbaycan xarici işlər naziri Ukrayna böhranından danışarkən deyib ki, bu ölkədə durum ciddi narahatlıq yaradır və Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.

“İtkilərin sayı durmadan artır. Azərbaycan və Türkiyə burada çox məsuliyyətli mövqe sərgiləyir. Məsələnin dialoq və sülh yolu ilə həlli istiqamətindəki çağırışlar da buna nümunədir. Tərəflər arasındakı danışıqların davam etdirilməsi vacibdir,” nazir vurğulayıb.

Bayramov bildirib ki, martın 5-i səhər saatlarına olan məlumata görə 9500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu ölkələrə təxliyə edilib.

“İndiyədək çarter reysi ilə 1111 nəfər vətəndaşımız Azərbaycana gətirilib. Təxliyə zamanı yaşlı insanlara, qadınlara, tələbələrə üstünlük verilir. Artıq avtobuslardan istifadə edib Azərbaycan tərəfinə keçənlərin sayı da 150-ni keçib”.

O, Ukraynada həlak olan Azərbaycan vətəndaşlarının olduğunu da deyib.

Nazir Azərbaycanın Ukraynaya humanitar yardımlarını davam etdirdiyini bildirib.

“Ukraynanın müraciətinə əsasən, 24 saat ərzində Azərbaycan 5 milyon 500 min avro məbləğində humanitar yardım olan dərman vasitələrini Polşa üzərindən Ukraynaya çatdırıb,” o qeyd edib.

Mevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Ermənistanla münasibətlərdə Azərbaycanla birgə hərəkət edir.

“Əsas hədəfimiz Zəngəzur dəhlizi başda olmaqla digər məsələlərin həll olunmasıdır.”

O Azərbaycanın Ermənistana sülh təklifini dəstəklədiyini bildirib.

“Ümid edirik ki, Ermənistan da buna qarşılıq verəcək,” o deyib.

Nazir Ukrayna ilə bağlı danışarkən deyib ki, Türkiyə hər kəs kimi ölkələrin ərazi bütövlüyünün güclə dəyişdirilməsinə qarşıdır.

Biz həm Rusiya, həm də Ukrayna ilə münasibətlər qura bilən ölkələrdən biriyik. Müharibənin dayandırılması üçün əlimizdən gələni edəcəyik.
Mövlud Çavuşoğlu, xarici işlər naziri

“Biz həm Rusiya, həm də Ukrayna ilə münasibətlər qura bilən ölkələrdən biriyik. Müharibənin dayandırılması üçün əlimizdən gələni edəcəyik,” o qeyd edib.

Çavuşoğlu iki ölkə arasında ticarət əlaqələrinin daha da inkişafı üçün potensialın olduğunu deyib.

“İki ölkə arasında sərbəst ticarət anlaşmasının başlaması önəmlidir. Bu istiqamətdə çalışmağa davam edirik. İşğaldan azad edilən ərazilərin inkişafı ilə bağlı da əlimizdən gələn dəstəyi veririk".

Türkiyənin xarici işlər naziri Ukraynadakı Türkiyə vətəndaşlarının təxliyyəsindən danışarkən deyib ki, əsas məsələ vətəndaşların sağ-salamat Ukraynadan çıxarılmasıdır.

“Bunun üçün bəzi bölgələrdə atəşkəs elan olunub. Azərbaycanlı qardaşlarımızın da təxliyəsi ilə bağlı əlimizdən gələni edirik,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG