Accessibility links

İyulun 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək


Ceyhun Bayramov and Artur Mirzoyan
Ceyhun Bayramov and Artur Mirzoyan

Sabah, iyulun 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Tbilisidə görüşəcək.

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib ki, bu iki ölkə nazirlərinin ikitərəfli formatda ilk görüşüdür.

"Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın," o qeyd edib.

Bundan əvvəl xarici işlər nazirləri Düşənbədə Rusiya xarici işlər naziri ilə birgə üçtərəfli formatda görüşlüb.

XS
SM
MD
LG