Accessibility links

Nazir: Azərbaycanda qapalı məkanlarda maskalardan istifadənin aradan qaldırılması məsələsinə baxılır


Tibbi maska
Tibbi maska

Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi məsələsinə baxılır.

Səhiyyə naziri Teymur Musayev bildirib ki, Azərbaycanda koronavirusa yoluxma sayları kəskin şəkildə azalıb.

“Gündəlik hospitalizasiya sayları sadə rəqəmlərlə ifadə olunur. Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır və, yəqin ki, müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb.”

Musayev həmçinin deyib ki, Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür.

“Tam detallı məlumat verə bilməsəm də, söhbət sırf "Sars-Cov2" əleyhinə vaksindən getmir,” o qeyd edib.

Nazir hazırda ölkədə koronavirus əleyhinə vaksin ehtiyatının kifayət qədər olduğunu bildirib.

Azərbaycanda Çin istehsalı “CoronaVac”, Rusiya istehsalı “Sputnik” və ABŞ və Almaniyanın birgə istehsalı olan “BioNTech/Pfizer” vaksini istifadə olunur.

Son sutkada ölkədə koronavirus infeksiyasına yoluxma ilə bağlı 22 yeni hal aşkar edilib, 48 nəfər müalicə olunub, ölüm halı olmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, pandemiya başlayandan koronavirusa yoluxma hallarının ümumi sayı 792 188 olub, o cümlədən 782 252 müalicə olunub, 9703 nəfər vəfat edib. Aktiv xəstə sayı 233 nəfərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG