Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir


koronavirus yeni
koronavirus yeni

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 700-dən çox artıb.

Belə ki, bu gün ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 7704 nəfər olub, 4109 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 691 min 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641 min 538 nəfər müalicə olunaraq sağalıb, 8 min 846 nəfər vəfat edib. Aktiv xəstə sayı 40 min 796 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 min 531, bu günə qədər isə ümumilikdə 6 milyon 248 min 414 test icra olunub.

Mütəxəssislər koronavirus xəstələrinin sayının kəskin artmasını omikron ştamının yayılması ilə əlaqəndirir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Bu il yanvarın 24-də koronavirusa yoluxanların karantində qalma müddəti 14 gündən 7 günə endirilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG