Accessibility links

Azərbaycanda koronavirusa 270 yeni yoluxma faktı qeydə alınıb


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 117 nəfər sağalıb.

Bu məlumatı fevralın 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 234 537 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228 768 nəfər sağalıb, 3 220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 549 nəfərdir”.

Qərargahın açıqlamasına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7 444, hazırkı dövrədək isə ümumilikdə 2 598 679 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG