Accessibility links

Azərbaycanda 314 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 4 nəfər ölüb


Koronavirus
Koronavirus

Son gün ərzində Azərbaycanda 314 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə iyunun 7-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Həmin məlumata görə, son gündə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1947, 1954,1956 və 1958-ci il təvəllüdlü dörd nəfər vəfat edib:

“Hazırkı dövrədək ölkəmizdə 7553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4149 nəfər müalicə olunaraq sağalıb, 88 nəfər vəfat edib, 3316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”

Qərargahdan açıqlamaya görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 339.876 test aparılıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 402 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG