Accessibility links

Səhiyyə Nazirliyinin rəsmisi: Azərbaycanda “omikron” ştamına yoluxma dinamikası həddən artıq sürətlidir


Azərbaycanda “omikron” ştamı əvvəlki ştamlara nisbətən daha sürətlə yayılmaqdadır.

Bu barədə Səhiyyə Nazirliyinin rəsmisi Könül İsmayılova bildirib.

Onun sözlərinə görə, ölkədə bir müddət əvvəl “omikron” ştamının aşkarlanması təsdiq olunub.

“Omikron” ştamına yoluxma dinamikası həddən artıq sürətlidir. Bir çox hallarda həmin variant “Delta” ştamını sıxışdırmaqda davam edir. Təhlükəli vəziyyət “Delta” ştamında daha çox rast gəlinirdi. “Delta” variantı daha çox hospitalizasiya və ölüm halları ilə yadda qaldı. “Omikron” “Delta” ilə müqayisədə daha mülayim gedişata malikdir. Burada daha qısa inkubasiya dövrü müşahidə olunur və 1-7 gün ərzində xəstəliyin klinik təzahürləri qeydə alına bilir. “Delta” variantı ilə müqayisədə daha yüngül gedişatlı olmasına baxmayaraq, ümumi götürdükdə hər zaman ağırlaşma və ölüm hallarının qeydə alınması ehtimalı var,” o qeyd edib.

Mütəxəssisin sözlərinə görə, hazırkı ştamların fəallığını öyrəndikdə belə məlum olur ki, hətta dörd ay sonra antitellərin səviyyəsi enməyə başlayır və yeni yaranan ştamlardan qorunmaq məqsədilə “buster” dozanın aparılması zərurəti ortaya çıxır.

“Baza vaksinasiyadan sonra “buster” dozanın vurulması qoruma ehtimalını artırır. Bunu İsrail və Çində aparılan tədqiqatların nəticəsinə əsasən də söyləmək olar. “Buster” doza dedikdə qüvvətləndirici doza nəzərdə tutulur. Bu, o deməkdir ki, əsas iki doza peyvənd aldıqdan müəyyən müddət keçdikdən sonra üçüncü doza aparılır. Bu, ilk iki peyvənddən 5-6 ay sonra aparılan vaksinasiyadır,” Ismayılova qeyd edib.

Xatırladaq ki, Azərbaycanda son aylarda "omikron" ştamıının yayılması səbəbindən koronavirusa yoluxanların sayı sürətlə artmaqdadır.

Bu gün, fevralın 12-də ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına 5948 yoluxma faktı qeydə alınıb, 7060 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 738 min 328 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 679 min 316 nəfər müalicə olunaraq sağalıb, 9 min 27 nəfər vəfat edib. Aktiv xəstə sayı 49 min 985 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 844, bu günə qədər isə ümumilikdə 6 milyon 372 min 838 test icra olunub.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 434 min 328, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 264 min 564, ikinci mərhələ üzrə 4 milyon 762 min 493, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 407 min 271-dir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG