Accessibility links

Azərbaycanda Ramazan bayramı qeyd olunur


Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Bu il aprelin 25-dən Azərbaycanda Ramazan ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən ( QMİ) verilən məlumata görə, Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib.

Qurumun bundan əvvəl verdiyi fətvada o, da vurğulanırdı ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i may ayının 24-nə təsadüf edəcək.

İslam dininə görə, «Qurani-Kərim» Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. «Qurani-Kərim»də həmin ayda oruc tutmaq vacib bilinir.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda karantin rejimi olduğundan bu gün, mayın 24-də əvvəlki illərin bayramlarından fərqli olaraq məscidlərdə bayram namazları qılınmır.

XS
SM
MD
LG