Accessibility links

Rusiya ilə Azərbaycan Qarşılıqlı Müttəfiqlik haqqında bəyannamə imzalayacaq


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Fevralın 22-də Rusiya ilə Azərbaycan arasında Qarşılıqlı Müttəfiqlik haqqında Bəyannamə imzalanacaq,

Bu barədə Rusiya prezidentinin rəsmi saytı kreml.ru məlumat yayıb.

Məlumatda bildirir ki, fevralın 22-də Azərbaycan prezidemti İlham Əliyev Moskvada rəsmi səfərdə olacaq.

Səfər zamanı Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev danışıqlar aparacaq.

“Danışıqların yekunu olaraq Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Qarşılıqlı Müttəfiqlik haqqında Bəyannamə imzalanacaq,” Rusiya prezidentinin rəsmi saytının məlumatında deyilir.

Kreml.ru saytı bildirir ki, iki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsi planlaşdırılır.

“Bundan əlavə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağa dair 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Azərbaycan Respublikasında iqtisadi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsinə baxılması nəzərdə tutulur,” məlumatda deyilir.

Politoloq Zərdüşt Əlizadə Rusiya ilə Azərbaycan arasında mütəffiqlik haqqında bəyannamə imzlanmasını müsbət hadidə kimi qiymətləndirir.

“Azərbaycanın qonşu böyük dövlərlərlə müttəfiqlik, əməkdaşlıq haqqında sənəd imzalaması onun təhlükəsizlik çevrəsini daha da yüksəldir. Belə bir sənəd İranla da imzalansa daha yaxşı olar,” o Amerikanın Səsinə deyib.

Əlizadə hesab edir ki, Rusiyadan öncə Azərbaycan Türkiyə ilə belə bir sənəd imzalayıb.

“Bu sənədin imzalanması bölgədə sülhün bərpa edilməsinə böyük kömək etdi. Rusiyanın bundan öncəski mövqeyi bölgədə sülhün yaranmasına və sənədləşməsinə kömək etdi. İndi sazişin imzalanması isə Azərbaycanın təhlükəsizlik səviyyəsini daha da yüksəldəcək və sülhün möhkəmlənməsinə xidmət edəcək,” o, qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG