Accessibility links

Bakıda Azərbaycan-Rusiya Biznes Forumu açılıb


Azərbaycan və Rusiya bayraqları
Azərbaycan və Rusiya bayraqları

Forumda kənd təsərrüfatı və qida sənayesi, əczaçılıq, logistika, tikinti, daşınmaz əmlak sahələrində fəaliyyət göstərən Rusiya şirkətləri iştirak edir

Rusiyanın Sankt-Peterburq şəhərinin iş adamlarının Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya Biznes Forumu keçirilir.

Oktyabrın 2-də açılan biznes forumda kənd təsərrüfatı və qida sənayesi, əczaçılıq, logistika, tikinti, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən Rusiya şirkətləri iştirak edir.

Forumun açılışında çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib ki, yerli iqtisadiyyata qoyulan 1,8 mlrd. dollar həcmində Rusiya vəsaitinin təxminən 90%-i (1,6 mlrd. dolları) neft-qaz sektorunun payına düşür.

“Qalan 200 mln. dollar investisiya qeyri-neft sektoruna yatırılır və hazırda bizim iqtisadi münasibətlərin diversifikasiyası üzrə aktiv iş gedir ki, bu da hər iki tərəf üçün prioritet sayılır. İqtisadiyyatın diversifikasiyası məsələsində Rusiyanın böyük təcrübəsi var. Azərbaycan da bu yoldadır. Son illər ikitərəfli münasibətlərdə qeyri-neft sektorunda artım 9-10% təşkil edib”, o bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG