Accessibility links

Rəsmi Bakı: Azərbaycan və ABŞ regional təhlükəsizlik məsələlərini müzakirə edib


Ceyhun Bayramov və Karen Donfrid
Ceyhun Bayramov və Karen Donfrid

Yanvarın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bölgədəki son durumu müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat Xidməti idarəsinin məlumatına görə, telefon danışığı zamanı Ceyhun Bayramov və Karen Donfrid regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb.

“Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar barəsində danışıb. Nazir Ermənistan tərəfinin iki dövlət sərhədində təxribatı davam etdirdiyi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçumuzun şəhid olması haqqında qarşı tərəfə məlumat verib və bu təxribata görə məsuliyyətin bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb,” Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.

Bundan öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı 2021-ci il dekabrın 6-da olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG