Amerika Birləşmiş Ştatlarının ən böyük bayrağı Nyu-Cersi şəhərindədir. 200 kiloqram çəkisi və 27x19 metr ölçüsü olan Amerika bayrağı Corc Vaşinqton körpüsünün Nyu-Cersi qalasındakı üst arkanın altında dalğalanır. Bu bayraq ən böyük sərbəst sallanan Amerika bayrağı kimi dünya rekordunun sahibidir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat verib.
Azərbaycanın isə ən böyük bayrağı Bakının Bayıl qəsəbəsindəki Dövlət Bayrağı Meydanınında dalğalanır.
20000 m² ərazisi olan meydanda ucaldılmış bayraq dayağının hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.
Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.