Accessibility links

Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü olub


Azərbaycan və Ermənistan prezidentləri görüşüb
Azərbaycan və Ermənistan prezidentləri görüşüb

Dekabrın 19-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanıngörüşü olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak edib.

Görüşün detalları ilə bağlı məlumat verilmir.

Görüşün yekunları ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın təkbətək görüşü onların mövqelərinin dəqiqləşdirilməsinə imkan verib.

Azərbaycan və Ermənistan prezidentləri görüşüb
Azərbaycan və Ermənistan prezidentləri görüşüb

Sənəddə deyilir ki, görüş zamanı prezidentlər bu yaxınlarda təmas xəttindəki gərginliyin artmasından, ağır hərbi texnikadan istifadə nəticəsində mülki şəxslərin ölümündən narahat olduqlarını xüsusi olaraq qeyd ediblər.

"Prezidentlər həmsədrləin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər. Prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirlməsini təsdqiləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər" .

Həmsədrlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçiliklərini davam etdirəcəklərini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG