Accessibility links

Moskvada Azərbaycan və Ermənistan diasporunun görüşü olub


Azərbaycan və erməni diasporunun Moskvada görüşü
Azərbaycan və erməni diasporunun Moskvada görüşü

Tərəflər razılaşıb ki, bu il noyabrın 16-da daha geniş tərkibdə toplaşmaq lazımdır

Oktyabrın 23-də Moskvada “Prezident Otel”də “Rusiyanın Azərbaycan və erməni diasporu: millətlərarası dialoq” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti (AzərRos) və Rusiya Erməniləri İttifaqı təşkil edib.

Turan agentliyinin məlumatına görə, Azərbaycan tərəfdən AzərRos-un prezidenti Söyün Sadıqov, “Tribuna” qəzetinin şef-redaktoru Rafael Hüseynov, “Ümumrusiya Azərbaycanlıları Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, AMMM-in vitse-prezidenti Vidadi Abbasov, AzərRos-un vitse-prezidenti Yusif Əmiraslanov, Rusiya vətəndaşalrı ilə iş üzrə komitənin sədri Tamara Puxova, Azərbaycan-Moskva Beynəlxalq Bankının İdarə Heyətinin sədri Azər Səfərov və başqaları iştirak edib.

Erməni tərəfdən Rusiya Erməniləri İttifaqının (REİ) prezidenti Ara Abramyan, REİ-nin vitse-prezidenti German Ananyants, SSRİ xalq artisti Armen Cigərxanyan, MDB Dövlətlərarası Humanitar Fondun keçmiş icraçı direktoru Armen Smbatyan, “Ermənistan və dünya” jurnalının baş redaktoru Lyusik Qukasyan və başqaları iştirak edib.

A.Abramyan qeyd edib ki, Rusiyada yaşayan ermənilərin və azərbaycanlıların maraqları üst-üstə düşür.

“Əgər biz Rusiyada barış içində yaşasaq, gələcəyimiz də yaxşı təmin olunacaq və biz öz tarixi vətənimizə - Ermənistana və Azərbaycana yardım edəcəyik”, - deyə o vurğulayıb. Abramyan görüşü tarixi adlandırıb. Belə ki, 20 il ərzində ilk dəfə olaraq Rusiyada Ermənistan və Azərbaycan diasporu belə formatda görüşür.

“Bu gün ki dialoq vacibdir. Bu cür görüşlər müntəzəm keçirilməlidir. Biz göstərməliyik ki, Rusiya bizim vətənimizdir. İstənilən müharibə, istənilən münaqişə gec-tez danışıqlar masası arxasında başa çatır”, - deyə Abramyan bildirib.

Öz növbəsində, S.Sadıqov deyib ki, iki xalq arasında inamın bərpa olunması üçün tədbirlər görülməlidir. Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılar və ermənilər öncə orada bir-birinə hörmət etməyi öyrənməlidir, təxribatlara uymamalıdır.

“Elə etməliyik ki, iki xalq arasında inam bərpa olunsun. İki xalq arasında hansısa münaqişə varsa, bu, müvəqqəti haldır. Düşünürəm ki, vaxt gələcək bu münaqişələr nizamlanacaq. Yenə də azərbaycanlılar Ermənistana, ermənilər Azərbaycana gedəcəklər”, - deyə o bildirib.

Bəzi çıxışçılar qeyd edib ki, Azərbaycan və erməni diasporunun nümayəndələrinin görüşü çoxlarının xoşuna gəlməyib. Belə ki, iki xalq arasında dinc dialoqda maraqlı olmayan qüvvələr var. Bunu “Tribuna” qəzetinin şef-redaktoru Rafael Hüseynov deyib. O qeyd edib ki, yaxın perspektivdə iki xalq arasında münasibətlərin yaxşılaşmasını pessimist qiymətləndirir.

“Nəyə görə biz dolma və musiqidən danışırıq? Geosiyasət var. Rusiyada və ABŞ-da, Böyük Britaniyada müəyyən dairələr ermənilər və azərbaycanlılar arasında gərginliyin saxlanmasında maraqlıdır”, - deyə o vurğulayıb.

Azər Cahangirov qeyri-adi təkliflə çıxış etdikdə görüş daha da canlanıb: bəzən bizim mübahisə obyektimiz olan şey bizi birləşdirməli və barışdırmalıdır.

“Sarı gəlin” mahnısı var. Bu, mübahisə mövzusudur. Ermənilər bu mahnının onların, Azərbaycanlılar isə onların mahnısı olduğunu deyirlər. Gəlin bu mahnının bayram-festivalını keçirək, - deyə o təklif edib. Və burada dolma yada düşüb. Gəlin dolma bayramı da keçirək: ermənilərin dolması uzundur, azərbaycanlıların dolması isə daha kiçik və yuvarlaq”. Cahangirovun bu təklifləri iştirakçıların təqdir alqışları ilə qarşılanıb.

Söyun Sadıqov bildirib ki, Ara Abramyanla birlikdə artıq erməni-Azərbaycan birgə musiqi festivalının keçirilməsi məsələsini müzakirə edib.

Nəhayət, gənclərə söz verilib. Rusiya Erməniləri İttifaqının gənclər təşkilatının üzvü Tiqran Manasyan Moskva Dövlət Universitetinin (MDU) müəllimi İsmayıl Ağakişiyev haqqında danışıb, ondan Azərbaycan tarixi üzrə “beş” aldığını və bu faktın onun həyatına şərəf verdiyini bildirib.

MDU-nun hüquq fakültəsinin tələbəsi Elvin Əsgərov da ali məktəb həyatından ibrətli hadisəni paylaşıb.

“MDU-nun hüquq fakültəsinin konstitusiya hüququ kafedrasında oxuyuram, kurs işi yazırdım, rəhbərim isə Suren Avakyan idi. Mövzunu seçdiyim zaman rus kurs yoldaşlarım niyə rəhbər olaraq erməni seçdiyimi soruşdular. Cavab verdim ki, bununla azərbaycanlıların və ermənilərin qarşılıqlı anlaşmaya nail olmalı olduqlarını sübut etmək istədim”, deyə Əsgərov bildirib.

Görüşə yekun vuran AMMM və REİ rəhbərləri qeyd ediblər ki, birgə işçi qrup yaradılacaq və bütün təklifləri tədqiq edəcək. Həmçinin, bu il noyabrın 16-da, bu dəfə daha geniş tərkibdə toplaşmaq lazımdır.

Ara Abramyan bildirib ki, Söyün Sadıqovlar birlikdə artıq Soçidə genişmiqyaslı tədbir keçirilməsi planlaşdırılıb. Tədbir “Sivilizasiyaların dialoqu” adlanacaq.

Abramyanın sözlərinə görə, bu tədbirdə “azərbaycanlılar erməniləri, ermənilər isə müvafiq olaraq azərbaycanlıları müdafiə edəcəklər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG