Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 30-da Fransada rəsmi səfərdə olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Amerikanın Səsi radiosuna bildirib ki, bir günlük səfər zamanı nazir Məmmədyarovla Fransanın xarici işlər naziri Loran Fabius arasında görüş keçiriləcək.
Görüşdə Azərbaycanla Fransa, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü çərçivəsində Yaxın Şərqdə durum, Azərbaycan-Avropa İttifaqı münasibətləri, “Şərq Tərəfdaşlığı” ilə bağlı fikir mübadiləsi aparılacaq.