Accessibility links

Fransa və Azərbaycan xarici işlər nazirləri görüşüb


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Fransa xarici işlər naziri Loran Fabius
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Fransa xarici işlər naziri Loran Fabius

Görüşdə Azərbaycan və Fransa arasındakı əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunub

Fransaya rəsmi səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyulun 30-da Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuata xidmətinin məlumatına görə, görüşdə Azərbaycan və Fransa arasındakı əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunub.
Nazir L.Fabius iki ölkə arasında siyasi, iqtisadi, enerji və humanitar sahədə əməkdaşlığın hazırkı inkişaf dinamikasından məmnunluğunu ifadə edib, Azərbaycanın Fransa üçün vacib iqtisadi tərəfdaş olduğunu vurğulayıb.
İki ölkə arasında mədəni əməkdaşlıqdan bəhs edərkən nazir Fabius Bakıda inşa edilməkdə olan fransız litseyinin ərsəyə gəlməsi üçün Azərbaycan hökuməti tərəfindən göstərilən səylərin Fransız hökuməti tərəfindən yüksək dəyərləndirildiyini bildirib və bu litseyin iki xalq arasında dostluq tellərinin daha da güclənməsinə öz vacib töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı Ermənistan - Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesi ətrafında müzakirələr aparılıb və nazir Məmmədyarov Fransanın münaqişənin həlli istiqamətində səylərini gücləndirəcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra nazirlər BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG