Accessibility links

Latviyanın yeni prezidneti Azərbaycana gəlib


Prezident İlham Əliyev iyunun 22-də Latviyanın yeni seçilmiş prezidenti Raymondson Veyonislə görüşüb. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı qısa məlumat yayıb. Söhbət zamanı tərəflər ikitərəfli münasibətləri inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər.

Rəsmi məlumatda səfərin statusu və məqsədləri haqqında yazılmır. Latviya prezidentinin saytında və Latviya KİV-lərində də səfər haqqında heç bir məlumat yoxdur.

Xatırladaq ki, keçmiş müdafiə naziri Raymonds Veyonis iyunun 3-də Seym tərəfindən Latviya prezidenti seçilib. O, iyulun 1-də Avropa İttifaqında Latviyanın yarım illik prezidentliyini yekunlaşdırmalı və sədr vəzifəsində fəaliyyət haqqında hesabat verməlidir.

Bu dövrdə “Şərq Tərəfdaşlığı”nın Riqa sammiti əhəmiyyətli hadisə olub. Sammitdə Aİ və Azərbaycan arasında “strateji müasirləşmə haqqında” saziş imzalanması gözlənilirdi. Lakin İlham Əliyev sammitdə iştirak etməyib, tədbirə xarici işlər naziri Elmar Məmmədyarov qatılıb.

Qərb diplomatik mənbələrinin Turan agentliyinə məlum olub ki, Məmmədyarov Riqaya nəzərdə tutulmamış düzəlişlər edilmiş sənəd aparıb. Bütün düzəlişlər qəbul edilsə də, Məmmədyarov sammiti yekunlaşmamış tərk edib ki, bu da Aİ-də mənfi qarşılanıb.

İyunun 12-də Latviyanın keçmiş prezidenti, prezident Əliyevlə yaxşı şəxsi münasibətləri olan Valdis Zatlers Bakıda səfərdə olub. O, formal olaraq Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG