Accessibility links

Azərbaycan-NATO münasibətləri müzakirə edilib


NATO nümayəndə heyəti Azərbaycanda
NATO nümayəndə heyəti Azərbaycanda
Zakir Həsənov və Mirko Zuliani
Zakir Həsənov və Mirko Zuliani

Martın 9-da Azərbaycan müdafiə naziri Zakir Həsənov general Mirko Zulianinin rəhbərlik etdiyi NATO nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, danışıqların mövzusu regionda hərbi-siyasi vəziyyət, Qarabağ münaqişəsi regionunda durum, Azərbaycan-NATO münasibətləri olub.

Tərəflər həmçinin təcrübə mübadiləsi, birgə tədbirlərin və treninqlərin keçirilməsi məsələlərini müzakirə ediblər.

NATO nümayəndə heyəti Azərbaycanda
NATO nümayəndə heyəti Azərbaycanda

Mətbuat xidməti bildirir ki, NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini Mirko Zuliani rəhbərlik etdiyi nümayəndə heyəti martın 9-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında olub.

NATO nümayəndə heyətinə hərbi-dəniz bazasının yaranma tarixi, strukturu, fəaliyyəti, hərbi gəmilərin təyinatı və digər məsələlərə dair məlumat verilib.

Sonra, nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunda olub.

XS
SM
MD
LG