Accessibility links

İyulun 28-də Azərbaycan idmançıları yarışlara qoşulacaq


London Olimpiya kəndi
London Olimpiya kəndi

London olimpiadasında yarışlara ilk olaraq avarçəkənlər və cudoçular qoşulacaq

İyulun 28-də Azərbaycan idmançıları London Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq.
Avarçəkənlər Aleksandr Aleksandrov Londondakı Dorni gölündə kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizə aparacaq. Bu qayıq tipində 33 idmançı 6 seçmə qrupa bölünüb. Üç seçmə qrupda 6, 3-də isə 5 avarçəkən yer alıb. 22 yaşlı Azərbaycan idmançısı 6 nəfərlik qrupa düşüb. Rəqiblər Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbedir (Kamerun). Onlar Bakı vaxtı ilə saat 16:50 start xəttinə çıxacaq. İki min metr məsafəyə seçmə yürüş nəticəsində qrupda ilk 3 yeri tutanlar 1/4 finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanacaq.
Digər Azərbaycan avarçəkəni Nataliya Mustafayeva qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışacaq. Bu qayıq tipində 28 avarçəkən 5 seçmə qrupa bölünüb. Üç seçmə qrupda 6, 2-də isə 5 idmançı yer alıb. 27 yaşlı Azərbaycan təmsilçisi də 6 nəfərlik qrupa düşüb. Rəqiblər Kamila Varqas Palomo (Salvador), Kim Krou (Avstraliya), Mayçin Tornikroft (Zimbabve), Yariulvis Kobas (Kuba) və Yeji Kimdir (Cənubi Koreya). Onlar start xəttinə Bakı vaxtı ilə saat 17:40-da çıxacaq. Seçmə yürüş nəticəsində qrupda ilk 4 yeri tutanlar 1/4 finala, qalanlar isə təsəlli yürüşünə yüksələcək.
“ExCel” arenada təşkil olunan yarışda 60 kiloqramadək çəki dərəcəsində mübarizə aparacaq Azərbaycan cüdoçusu İlqar Müşkiyev Tobias Enqlmayer (Almaniya) - Ovanes Davtyan (Ermənistan) döyüşünün qalibi ilə qarşılaşacaq.
Şakir Şixəliyev isə “North Greenwich Arena”da idman gimnastikası üzrə təsnifat mərhələsində mübarizə aparacaq.
Yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Azərbaycan boksçusu Soltan Migitinov otuz ikidə bir final mərhələsi çərçivəsində Misir idmançısı Mohamed Hikal ilə qarşılaşacaq. Digər Azərbaycan boksçusu Maqomed Əbdülhəmidovun (56 kq) ilk rəqibi müəyyənləşəcək. Otuz ikidə bir finaldan azad olan idmançımız növbəti mərhələdə İsaak Bogboe (Qana) – Sotaşi Şimizu (Yaponiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu oyun avqustun 1-də “ExCel” arenada keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG