Accessibility links

Azərbaycan və Rusiya təhlükəsizlik məsələlərini müzakirə edib


Azərbaycan və Rusiya bayraqları
Azərbaycan və Rusiya bayraqları

Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov Bakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsinin məlumatına görə, görüşdə nazir Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusilə beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terrorçuluqla mübarizə sahəsində görülən işlər və digər aktual məsələlər haqqında danışıb. Təhlükəsizlik məsələləri ilə əlaqədar qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi zərurətini önə çəkən Mahmudov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitlik üçün yaratdığı təhdidlər, problemin hələ də həllini tapmamasından irəli gələn fəsadlar barədə məlumat verib.

Nikolay Patruşev Rusiya ilə Azərbaycan arasında çoxəsrlik tarixi-mədəni, dostluq və tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayıb, hər iki xalqın mənafelərinin, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması naminə aidiyyəti strukturların, o cümlədən xüsusi xidmət orqanlarının əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edib.

XS
SM
MD
LG