Accessibility links

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu başlayıb


Azərbaycan-Türkiyə görüşü
Azərbaycan-Türkiyə görüşü

Dialoq iki gün davam edəcək

Dekabrın 18-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər idarəsinin rəisi korpus generalı Alpaslan Erdoğanı qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Erdoğan Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda təşkil edilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqun növbəti toplantısının fəaliyyətindən məmnun qaldığını bildirib, hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.
Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran Müdafiə naziri, regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyətindən danışaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyini qeyd edib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki. dekabrın 18-də Bakıda Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu başlayıb. İki gün davam edən dialoqda Azərbaycan-Türkiyə hərbi, hərbi-texniki, kadr və başqa müzakirə olunur.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən bəri ildə bir dəfə keçirilir.
XS
SM
MD
LG