Accessibility links

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirir


Azərbaycan və Türkiyə birgə hərbi təlimi
Azərbaycan və Türkiyə birgə hərbi təlimi

Azərbaycan-Türkiyə birgə təlimləri bundan sonra hər il növbə ilə Azərbaycan və Türkiyədə keçiriləcək

İyulun 16-da Azərbaycan Silahlı Qüvvələrin Qaraheybət Təlim Mərkəzində Azərbaycan-Türkiyə birgə təliminin açılış mərasimi olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat Baş İdarəsinin rəisi Eyvaz Cəfərov Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. “Hər iki ölkə rəhbərlərinin iştirakı ilə 2011-ci ildə İzmirdə, 2012-ci ildə isə Qəbələdə
Azərbaycan və Türkiyə birgə hərbi təlimi
Azərbaycan və Türkiyə birgə hərbi təlimi
keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasları mühüm əhəmiyyət daşıyır. İlk dəfə keçirilən genişmiqyaslı birgə təlim yüksək səviyyədə qəbul edilmiş qərarların nəticəsidir”, o qeyd edib.

Tədbirdə həmçinin vurğulanıb ki, tərəflər bu birgə təlimi keçirməklə hər iki dövlət rəhbərliyinin qarşıya qoyduğu mühüm tapşırıqları icra etmiş olacaqlar.

General-mayor Eyvaz Cəfərov bildirib ki, bu təlimlər Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması, əməliyyat uzlaşmasının əldə edilməsi, o cümlədən regionda təhlükəsizlik və stabilliyin təmin edilməsi baxımından çox vacibdir.

Azərbaycan-Türkiyə birgə təlimləri bundan sonra hər il növbə ilə Azərbaycan və Türkiyədə keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG