Accessibility links

Azərbaycan və Venesuela üç sənəd imzalayıb


Oktyabrın 22-də Azərbaycanda rəsmi səfərdə olan Venesuela prezidenti Nikolas Maduro ilə prezident İlham Əliyevin görüşü olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə ticarət, investisiya qoyuluşu, energetika sahələrində əməkdaşlıq əlaqələrinin araşdırılması barədə fikir mübadiləsi aparılıb.

Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Venesuela prezidentinə məlumat verib.

İlham Əliyev və Nikolas Maduro
İlham Əliyev və Nikolas Maduro

Söhbət zamanı dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi baxımından OPEC-ə üzv və üzv olmayan ölkələr arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Danışıqların yekunlarına əsasən üç saziş imzalanıb.

Prezidentlər İlham Əliyev və Nikolas Maduro birgə bəyanat imzalayıblar.

Xarici işlər nazirləri Elmar Məmmədyarov və Delsi Rodriqes Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin mexanizmi haqda memorandum imzalanıb.

Onlar həmçinin diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi barədə hökumətlərarası saziş də imzalayıb.

XS
SM
MD
LG