Accessibility links

Azərbaycan xarici işlər naziri İrana səfər edəcək


Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahian
Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahian

Mayın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, nazirlər iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparıb.

“İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və bu çərçivədə əldə olunan razılıqların icrası təqdir edilib. Tərəflər, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına müsbət təkan verdiyini qeyd ediblər. Nazir Ceyhun Bayramov həmkarının İrana səfər dəvətini məmnunluqla qəbul edib və səfərin yaxın zamanlarda həyata keçiriləcəyini bildirib,” məlumatda qeyd edilir.

Tərəflər, həmçinin regional vəziyyət və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

XS
SM
MD
LG