Accessibility links

Azərbaycanın Avropa Şurasının bəzi sabiq üzvlərinə ödənişlər etdiyi aşkarlanması qarşıda AŞPA-da ciddi struktur dəyişikliklərinin olacağından xəbər verir.

Azərbaycan lehinə lobbiçilik edən italiyalı deputat Luca Volontenin işini araşdıran italiyalı prokurorlar onu hökumətə dəstək müqabilində seçkiləri saxtaladırdığı, jurnalistlər və opponenləri həbsə saldığına görə təqid edilən Azərbaycandan milyonlarla avro almaqda günahlandırıb. Volonte isə iddiaları rədd edərək, pulların onun şəxsi fonduna verildiyini bildirib. O, iddialarla bağlı məhkəməyə müraciət edəcəyi ilə də hədələyib.

İtaliyalı deputat Luka Volonte Azərbaycan hökumətindən göstərdiyi xidmətlər müqabilində külli miqdarda pul almaqda ittiham olunur.

Danimarkanın Berlinske qəzetinə sızan bank sənədləri Azərbaycanın Britaniya şirkətləri vasitəsi ilə 2.9 milyard dollarlıq ödənişlər etdiyini göstərib. Bu məbləğ Avropada lobbiçillər və siyasətçilərə bahalı əşyalar və xidmətlər müqabilində Azərbaycan elitasının çirkli pullarının yuyulması üçün verilib.

Təhqiqat çağırışlarının əleyhinə olan AŞPA-nın prezidenti Pedro Aqramunt sonda bunu qəbul etməli olub.

Aqramunt Suriya prezidenti Bəşar əl-Əsədlə görüşdükdən sonra AŞPA üzvləri tərəfindən sərt tənqidlərə və istefa çağırışlıarına məruz qalıb. Azərbaycanla bağlı məsələlərdə ilıq mövqeyinə görə tanınan Aqramuntun oktyabr ayından sonra vəzifədən gedəcəyi gözlənilir.

AŞPA prezidenti Pedro Aqramunt
AŞPA prezidenti Pedro Aqramunt

Müstəqil ekspertlərdən ibarət komanda “korrupsiyanı dəstəkləyən gizli praktikaları" da nəzərdən keçirəcək. Parlamentin estoniyalı üzvü Andres Herkel Azərbaycanın nağd pullarının köçürülməsinin qurumun etibarını zədələdiyini deyib.

"Çox sayda adamlar manipulyasiya olunublar və indi onlar sui-istifadə olunduqlarını dərk etməyə başlayırlar," Herkel deyib. "Fikrimcə, Azərbaycan lobbisi 'siyasi dostlarını' səfərbər etməkdə unikal istedad nümayiş etdirib."

AŞPA üzərində artan diqqət ölkədə siyasi həbslərin tüğyan etdiyi vaxta təsadüf edir. Hesabatda prezidentin ölkədə məhkəmə qanadına tam nəzarət etməsi ilə bağlı narahatlıq ifadə olunur.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG