Accessibility links

ACCA: Azərbaycanda qeyri-formal iqtisadiyyatın payı ÜDM-nin 67 faizinə çatır


Gizli iqtisadiyyat üzrə araşdırmaların aparıldığı 28 ölkə arasında ÜDM-nin üçdə iki hissəsinin qeyri-formal sektorun payına düşdüyü Azərbaycan lider olub. Azərbaycanda qeyri-formal iqtisadiyyatın payı ÜDM-in 67%-nə çatır ki, bu da dünya təcrübəsində qeydə alınandan təxminən üç dəfə çoxdur. Beynəlxalq Diplomlu Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) qlobal gizli iqtisadiyyatın qiymətləndirmə və inkişaf proqnozuna həsr olunmuş tədqiqatın nəticələri belədir (RBC).

Gizli iqtisadiyyatın

həcmi Nigeriyada (ÜDM-in 48%-i), Ukraynada (ÜDM-in 46%-i), Rusiyada (ÜDM-in 39,3%-i) çox böyükdür, rüsvayçı reytinq favoritləri beşliyini isə 38% göstəricisi ilə Şri Ланка qapayır. Ondan sonra Braziliya (ÜDM-in 35%-i), Pakistan (ÜDM-in 32%-i), Bolqarıstan (ÜDM-in 30%-i), Estoniya (ÜDM-in 28%-i) və Keniya (ÜDM-in 27%-i) gəlir.

ACCA ekspertləri gizli iqtisadiyyatı dövlət tənzimlənməsi, vergiqoyması və nəzarəti sistemi hüdudlarından kənarda olan iqtisadi fəaliyyət və ondan əldə olunmuş gəlir kimi müəyyən edir. 2016-cı ilin yekunları üzrə gizli sektorun həcminin ən az göstərici ABŞ (ÜDM-in 7,8%-i), Yaponiya (10%-i) və Çində (10,2%-i) qeydə alınıb.

ACCA-nın hesablamalarına görə, 2016-cı ildə qlobal ÜDM-də gizli iqtisadiyyatın payı 22,66% təşkil edib. Ekspertlər proqnozlaşdırırlar ki, yaxın illərdə o, azalacaq: 2017-ci ildə 22,5%-ə, 2020-ci ildə 22,1% və 2025-ci ildə 21,4%-ə enəcək. Rusiyada bu göstərici ilbəil, demək olar ki, dəyişmir və 2011-ci ildə o, 39,33% təşkil edirdisə, ACCA-nın gözlədiyi kimi, 2025-ci ildə həmin səviyyədə - 39,3% qalacaq.

Korrupsiya (karikatura)
Korrupsiya (karikatura)

Məruzədə deyilir ki, bir qayda olaraq, gizli sektor vergi yükünün yüksək, dövlətin biznesə təzyiqinin böyük və yoxsulluğun səviyyəsinin yuxarı olduğu, işgüzar sövdələşmələr və əməliyyatların rəsmi qeydiyyatsız və büdcəyə vergi ödənilmədən həyata keçirildiyi yerlərdə artır. Söhbət, məsələn, qeyri-formal məşğulluqdan, "kassanın yanından" keçməklə aparılan ticarətdən və xidmətlərin dövlət tənzimlənməsi olmayaraq göstərilməsindən gedir. Rusiyada olduğu kimi, Azərbaycanda qeyri-rəsmi biznesin inkişafına korrupsiyanın yüksək səviyyəsi, demokratik institutların zəifliyi və iqtisadiyyatda resessiya kömək edir.

Beləliklə, "gizli" sektorun milli ÜDM-də payına görə Azərbaycan nəinki MDB üzrə qonşularını, hətta Afrika ölkələrini ötüb.

Qubad İbadoğlu: Korrupsiya ilə mübarizəyə mane olan ən ciddi problem dövlət büdcəsi şəffaflığının olmamasıdır

Turan agentliyi yazır ki, ACCA araşdırmalarının nəticələri ilə Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Milli Şurasının əlaqələndiricisi, iqtisad elmləri doktoru Qubad İbadoğlu da razılaşıb.

"Əgər keçən il Azərbaycan ÜDM-in həcmi 54,4 mlrd. manat təşkil edibsə və onlardan 60%-i gizli iqtisadiyyatın payına düşürsə, onda pul ifadəsində bu, o deməkdir ki, "gizli bazar"ın payına 30 mlrd. manatdan çox düşür. Böyük

Qubad İbadoğlu
Qubad İbadoğlu

xəlvəti iqtisadiyyat, ilk növbədə, şübhəsiz ki, islahatlar tələb edən mövcud iqtisadi sistemin mükəmməl olmadığının göstəricisidir. Korrupsiya ilə mübarizəyə mane olan ən ciddi problem dövlət büdcəsi şəffaflığının olmamasıdır. Hətta parlament deputatlarının dövlət investisiyaları haqqında ətraflı məlumatlara çıxışı yoxdur. Parlament milli sərvətlərin istifadəsinə nəzarət olunmasında real surətdə iştirak etmir", - deyə Q. İbadoğlu bildirib.

Ekspertin fikrincə, Azərbaycanda iqtidar gizli iqtisadiyyatı daha az bəla hesab edir. Bundan əlavə, bir çox dövlət məmurları və güc strukturları işçiləri ondan fəal istifadə edərək gizli gəlir alırlar. Və bütün bunlar mövcud iqtisadi sistemin içində qurulub və faktiki olaraq onun bir hissəsidir.

Samir Əliyev: Gizli iqtisadiyyatın ÜDM-də faizi bu qədər çox olmasaydı, böhranın təsiri az olardı

Turan agentliyi İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevə istinadən qeyd edir ki, bu beynəlxalq təşkilatın məlumatları ölkə iqtisadiyyatındakı vəziyyəti, iqtisadi siyasət və korrupsiya və inhisarçılıqla mübarizə üzrə atılan addımların səmərəsizliyini əyani şəkildə səciyyələndirir. Böhran dövründə ÜDM-in payı azalır, buna müvafiq olaraq gizli iqtisadiyyat artır.

Samir Əliyev
Samir Əliyev

"Əgər ölkədə gizli iqtisadiyyatın ÜDM-də faizi bu qədər çox olmasaydı, onda böhranın bizə təsiri daha az olardı. Bəziləri iddia edir ki, ölkədə mürəkkəb maliyyə şəraitində gizli iqtisadiyyata təzyiq göstərmək olmaz, çünki o, məsələn, işsiz qalmış və qeyri-leqal sektorda özünə iş tapmış adamları dolandırır. Lakin milyardlarla manatın büdcənin yanından "axaraq" dövlətə əmək haqlarını, pensiyaları, sosial müavinətləri artırmağa imkan vermədiyinə göz yummaq olmaz. Biznesin qeyri-leqal sektorlarını leqallaşdırmaq, dolayı yollarla qazanılmış və xaricə aparılmış kapitallara amnistiya elan etmək üçün üsullar axtarmaq lazımdır. Təkcə bu tədbirlər dövlətdə iqtisadi vəziyyəti sağlamlaşdırmağa kömək edər. İqtisadiyyatın qaranlıq tərəfini işıqlı tərəfə çevirmək üçün siyasi iradə, fəal tədbirlər lazımdır ", - deyə S. Əliyev vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG