Accessibility links

Azərbaycandan Gürcüstana gedən turistlərin sayı artmaqda davam edir


Tbilisi
Tbilisi

2017-ci ilin yanvarından noyabrına qədər Gürcüstana yeddi milyona yaxın əcnəbi gəlib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 18,4% çoxdur. Bu barədə newsgeorgia.ge saytı dekabrın 4-də brifinqdə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadzenin dediklərinə istinadən məlumat yayıb.

2017-ci ilin birinci və ikinci rübünün məlumatına görə, xarici turizmdən gəlir 1,1 milyard dollar təşkil edib ki, bu da ötən il olduğundan 26% və ya 225 milyon dollar çoxdur.

Avropadan gələn turistlər arasında ən çox Britaniyalı səyyahlar var, onların sayı 39,7% çoxdur, daha sonra Avstriya (+35,6%), Niderland (+32,7%), İspaniya (+30,5%), Fransa (+29,57%) və Almaniya (+27,4%) gəlir.

İordaniyadan (+327,2%), Səudiyyə Ərəbistanından (+165,7%), Küveytdən (+152,4%), İrandan (+121,1%), Hindistandan (+66,6%), Özbəkistandan (+57,9%), Çindən (+53,2%) və ABŞ-dan (+24,2%) Gürcüstana gələnlərin sayında ciddi artım qeydə alınıb.

2017-ci ilin 11 ayı ərzindən Gürcüstana ən tez-tez Azərbaycan vətəndaşları (+10,9%) gəlib. Liderlər beşliyinə Ermənistan (+14,9%), Rusiya (+33,4%), Türkiyə (-3,2%) və İran (+121,1%) vətəndaşları daxildir.

2017-ci ilin noyabrında Gürcüstana 524,1 min əcnəbi gəlib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,1% çoxdur.

Noyabrda ən çox Ermənistandan (+7,2%), Azərbaycandan (+11,2%), Türkiyədən (+6,8%), Rusiyadan (+35,2%) və İrandan (+92,5%) gələn olub.

İrandan (+92,5%), İsraildən (+42.3%), Belarusdan (+41.5%), Hindistandan (+35.2%), ABŞ-dan (+19.3%) və s. gələnlərin sayında da xüsusi artım qeydə alınıb.

2017-ci ilin ikinci rübünün məlumatına görə, xarici turizmdən gəlir 658,7 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 143 milyon dollar və ya 27,8% çoxdur.

2017-ci ilin ikinci rübünün məlumatına görə, ÜDM-də turizmin payı 6,9% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.

XS
SM
MD
LG