Accessibility links

2 kiloqrama yaxın heroin tutulub


Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşından 2 kiloqram heroin aşkarlandığı bildirilir.

Bu barədə aprelin 15-də Dövlət Gömrük Komitəsi məlumat yayıb.

“Kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə baxış keçirilib. Baxış zamanı, həmin nəqliyyat vasitəsinin mühərrikinin aşağı hissəsində, zavod konstruksiyasında nəzərdə tutulmamış, sonradan mühərrikə əlavə olaraq bərkidilmiş starterin içərisində, gömrük nəzarətindən gizlədilmiş iki ədəd bağlama aşkarlanıb. Bağlamalarda ümumi xalis çəkisi 1695 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib”.

Heroini gətirən şəxsin kimliyi hələlik açıqlanmayıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG