Accessibility links

Azərbaycan məcburi köçkünlərlə bağlı konvensiyanın qəbul olunması üçün BMT-yə təklif verəcək


un
un
Azərbaycan bu ilin oktyabrında ilk dəfə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin iclasında səsvermə, təklif vermə hüququna malik olacaq.
Bu barədə Azərbaycanın Baş nazirinin müavini bildirib
Azərbaycan məcburi köçkünlərlə bağlı beynəlxalq konvensiyanın qəbul olunması üçün BMT-yə təklif ünvanlayacaq.
Trend Agentliyinin məlumatına görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çərşənbə günü jurnalistlərə bildirib ki, Azərbaycan bu ilin oktyabrında ilk dəfə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin iclasında Komitənin üzvü kimi iştirak edəcək və həmin iclasda səsvermə, təklif vermə hüququna malik olacaq.
"Təklif verəcəyik ki, məcburi köçkün problemi dövlətin öz günahı ucbatından yaranmayıbsa, onun idarə olunması üçün beynəlxalq konvensiya və ya qərar qəbul olunsun", - Baş nazirin müavini deyib.
Həsənov bildirib ki, məcburi köçkünlərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün kifayət qədər qanunverici aktlar olmalıdır.
O deyib ki, Dağlıq Qarabağdan olan məcburi köçkünlər Ermənistanın günahı ucbatından öz yurd yerlərindən çıxıblar, amma onların statusu qaçqın statusu kimi qiymətləndirilmir.
XS
SM
MD
LG