Accessibility links

Azərbaycanda təbii qazın istehlak həcmi artırılıb


Əhali qrupu üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 500 kubmetr artırılıb.

Bununla bağlı aprelin 30-da Tarif (qiymət) Şurasının iclasında qərar verilib.

Qurumun saytında yayılan məlumatda bildirilir ki, əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə artırılıb:

“İstehlak həcminin dəyişməsi ilə əlaqədar olaraq yaranmış fərq dövlətin maliyyə vəsaiti hesabına qarşılanacaq. Qeyd edək ki, 1,5 milyondan artıq abonent (6 milyondan çox vətəndaş) təbii qazı yalnız aşağı tariflərlə istifadə edir. Yeni qərara əsasən, əlavə olaraq daha 300 minə yaxın əhali abonenti (1,2 milyondan çox vətəndaş) təbii qazı yalnız aşağı tariflərlə istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizdək artacaq”.

Qərar 2019-cu ilin mayın 1-dən qüvvəyə minir.

2016-cı il fevralın 28-də Tarif Şurası qazın və elktrikin qiymətini qaldırmışdı. Həmin qərarda qeyd edilirdi ki, illik istehlak həcimi 1500 kubmetrədək (sonra həmin il dekabrın 22-də bu 1700-ə qaldırıldı) olan istehlakçılardan ötrü qazın qiyməti dəyişdirilmir və bir kibmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanır.

Ancaq illik istehlak həcimi 1500 (1700) kubmetri aşan hissəyə bir kubmetrə görə, qiymət 20 qəpik müəyyən edilir.Tarif Şirası bu gün,aprelin 30-da verdiyi qərarla bu limiti 1700-dən 2200 kubmetrə qaldırıb.

Elektridə isə limit olduğu kimi qalıb. 2016-cı ildə Tarif Şurası 250 kilovat-saata kimi (sonra 300-ə qaldırldı) elektrikin qiyməti də dəyişmədən 7 qəpik saxlamışdı.

Aylıq istehlak həcminin qeyd edilən rəqəmdən çox olan hissəsindən ötrü isə 11 qəpik müəyyən edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG