10 saylı Binəqədi 3-cü seçki dairəsindən millət vəkili namizədi Rəbiyyə Məmmədova seçki mühitini şərh edir.
Mərkəzi Seçki Komissiyasının sədr ümavini Rövzət Qasımov Amerikanın Səsinin suallarını cavablandırıb.
Azərbaycanda parlament seçkiləri saat 19:00-da səsvermə başa çatdı. Səsvermə saat 08:00-da başlamışdı.
Qanunverciliyə uyğun, saat 19:00-dan etibarən bütün məntəqələr bağlanmalı və səslərin sayılmasına başlanmalıdır.
Seçkilər 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə edib.
Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, 5 329 460 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub. Səsvermə üçün 5 387 600 bülleten çap edilib. Parlamentdəki 125 yerdən ötrü 1314 namizəd mübarizə aparıb.