Accessibility links

Azərbaycanda rəyi soruşulanların 53% demokratiyanın səviyyəsindən, 80% işsizlikdən narazılığını bildirib


Azərbaycan vətəndaşlarının 81%-i hökumətə etibar edir, bir halda ki, siyasi partiyalar rəyi soruşulanların 45%-nin, Milli Məclis isə 65%-nin etibarını doğruldur. Bu məlumatlar İNG maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alır. Azərbaycanda araşdırmaları bu holdinqin tərəfdaşı, ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb.

Vətəndaşların 80%-ə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83%-ə yaxını nikbinliklə baxır.

2016-cı ildən vətəndaşların nikbinliyi bir qədər azalıb. Müvafiq olaraq, bədbinlərin sayı artıb.

ACT LLC sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında sual verib.

53% demokratiyanın səviyyəsindən, 80% işsizlikdən narazılığını bildirib.

Daha sonra insanların aşağıdakı narazılıqları var:

Aşağı əmək haqqı və pensiyadan - 32%;

Təhlükəsizlik və müharibə təhlükəsindən - 27%;

Aşağı həyat standartlarından - 26%;

Korrupsiyadan - 25%;

Yüksək qiymətlərdən 22%;

İqtisadi böhrandan - 21%;

Aşağı təhsil səviyyəsindən - 9%;

Qanunun aliliyinin olmamasından - 7%;

Səhiyyə səviyyəsindən - 6%;

Miqrasiyadan - 1%.

Araşdırma zamanı Azərbaycanda iqtisadi vəziyyət də təhlil olunub. 2017-ci il ərzində inflyasiya 12,9% səviyyəsində proqnozlaşdırılır, 2018-ci il üçün proqnoz 6,9%-dir.

2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnə 1,59 (hazırda 1,7) təşkil edəcək. 2018-ci ildə neftin bir barelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.

Analitiklər əmək haqlarının və əhalinin gəlirlərinin aşağı olması ilə əlaqədar daxili tələbatın bir qədər sabitləşəcəyini gözləyir ki, bu da neft sektoru ilə bağlıdır.

Ölkə iqtisadiyyatının kreditləşməsində artımın olmaması ÜDM artımı sürətini məhdudlaşdırır.

Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorlarında kiçik artım olduğunu qeyd edirlər, amma inşaata investisiyaların kifayət qədər olmadığını hesab edirlər.

Ötən il pərakəndə satışların artımı 2,0% ətrafında dəyişib, əmək haqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.

İngilis dilində məruzənin tam mətnini https://research.ing.com/home səhifəsində, House-keeping for 2018/Russia & CIS macro outlook hissəsində oxumaq olar.

Araşdırmanın sifarişçisi Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG