Accessibility links

Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə sahəsində əməkdaşlığın inkişafından danışıb


Zakir Həsənov, Nurəddin Canikl, Levan İzoriya

Türkiyənin Giresun şəhərində Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşü keçirilib. Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Görüşün yekunlarına görə müdafiə nazirləri birgə mətbuat konfransı keçiriblər. Gürcüstanın müdafiə naziri Levan İzoriya Tbilisinin NATO ölkələri ilə daha da yaxınlaşmağa hazır olduğunu qeyd edib.

2017-ci ildə keçirilən birgə hərbi təlimləri xatırladan Gürcüstan naziri qeyd edib ki, ötən il müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verilib. "Tbilisi bundan sonra da qarşılıqlı regional fəaliyyəti inkişaf etdirməyə hazırdır", deyən İzoriya Ankara və Bakının Gürcüstanın ərazi bütövlüyünün pozulmazlığı ilə bağlı mövqeyinə yüksək qiymət verib.

"Biz Türkiyə və Azərbaycanı strateji tərəfdaşımız kimi görürük. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün silahlı qüvvələrin yüksək hazırlıq səviyyəsinə xüsusi əhəmiyyət veririk", deyən Gürcüstan naziri xatırladıb ki, Gürcüstanın mindən çox zabiti Türkiyədə müxtəlif kurslar keçib.

Öz növbəsində, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib ki, Azərbaycan xalqı terrorizm təzahürlərinə qarşı mübarizə məsələsində Türkiyəni dəstəkləyir. Həsənovun sözlərinə görə, Giresundakı görüşlər səmərəli keçib və tərəflər bir sıra məsələləri razılaşdırıblar. Nazir üç ölkənin müdafiə sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcəklərindən əminliyini bildirib.

Azərbaycan müdafiə naziri üç region ölkəsinin silahlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə yeni birgə tədbirlər keçirilməsinin mümkünlüyünü qeyd edib.

XS
SM
MD
LG