Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi İsveçrə parlamentinin spikerinin fikirlərinə münasibət bildirib


Hikmət Hacıyev

"Dominik De Buman İsveçrə Milli Şurasının spikeri kimi rəsmi statusundan sui-istifadə edərək Ermənistana səfər əsnasında İsveçrənin neytrallıq siyasətinə zidd olaraq qərəzli açıqlamalarla çıxış edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara xələl yetirir", Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O, Bumanın Yerevanda verdiyi bəyanatı seqreqasiya və rasizmin təzahürü adlandırıb.

Hikmət Hacıyev xatırladıb ki, 2012-ci ildə Buman Azərbaycanın qanunlarını, ərazi bütövlüyü və suverenliyini pozaraq Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib.

"Bu səfərlə və indi Yerevanda səsləndirdiyi fikirlərlə o, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı və işğal olunmuş ərazilərimizdə bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı təmizləməyə bəraət qazandırdığını nümayiş etdirir", Hikmət Hacıyev bildirib.

Dominik de Buman
Dominik de Buman

İsveçrə Milli Şurasının rəhbəri Dominik de Buman fevralın 6-da Ermənistan parlamentində çıxışı zamanı deyib ki, Qarabağ münaqişəsinin nizamlanmasını BMT konvensiyasının və millətlərin öz müqəddəratını təyin etmək hüququnün əsasında görür.

"Digər xalqlar kimi, Dağlıq Qarabağ xalqı da öz taleyini özü həll etməlidir. Problemin nizamlanması ancaq danışıqlar yolu ilə, qəbul olunmuş BMT konvensiyaları və öz müqəddəratını təyinetmə hüququ əsasında mümkündür", o vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG